XalqXəbər.Az

“Mübariz İbrahimovun atasından üzr istəyirəm” - Nərmin Şahmarzadə

“Mübariz İbrahimovun atasından üzr istəyirəm” - Nərmin Şahmarzadə
17-12-2018, 15:45

Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan tələbə Nərmin Şahmarzadə şəhidin ailəsindən üzr istəyib.

O, yazdıqlarının ailəyə təhrif olunaraq çatdırıldığını bildirib: “Yenə də deyirəm, mən heç kimin oğluna qatil deməmişəm. Çox təəssüf ki, fikirlərim onlara səhv çatdırılıb. Oğul itirmiş birinə “sənin oğluna qatil deyiblər” şaiyəsini demək ən azından etik deyil. Əgər bu xəbər onlara pis təsir edibsə, incidibsə, şəxsim adına Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.