“Mübariz İbrahimovun atasından üzr istəyirəm” - Nərmin Şahmarzadə

“Mübariz İbrahimovun atasından üzr istəyirəm” - Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan tələbə Nərmin Şahmarzadə şəhidin ailəsindən üzr istəyib.

O, yazdıqlarının ailəyə təhrif olunaraq çatdırıldığını bildirib: “Yenə də deyirəm, mən heç kimin oğluna qatil deməmişəm. Çox təəssüf ki, fikirlərim onlara səhv çatdırılıb. Oğul itirmiş birinə “sənin oğluna qatil deyiblər” şaiyəsini demək ən azından etik deyil. Əgər bu xəbər onlara pis təsir edibsə, incidibsə, şəxsim adına Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”.
Geri qayıt