SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ceyhun Cəfərov üçün vətəndaşın roblemi önəm daşımır... - GİLEY

Ceyhun Cəfərov üçün vətəndaşın roblemi önəm daşımır... - GİLEY

Tarix:

29-10-2019, 10:15

/ 872 dəfə oxundu.
Ceyhun Cəfərov üçün vətəndaşın roblemi önəm daşımır... - GİLEY

İsbatova Aytəkin Maqsud qızı Kürdəmir rayon Xırdapay kəndində yaşayır. DİA.AZ məlumat verir ki, onun xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşı bir müddət əvvəl dünyasını dəyişib. Hazırda tək yaşayan Kürdəmir sakini ürək xəstəsi olduğundan heç bir yerdə işləyə bilmədiyini deyir. Ona dolanışı üçün qonşularının yardım etdiyini deyir. Aytəkin İsbatovanın şikayəti evinin qəzalı vəziyyətdə olmasıdır. O, problem ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciəti etdiyini bildirsədə, probleminə köməklik göstərilmədiyini deyir.

DİA.AZ-a edilən müraciətə görə, problemi ilə bağlı vətəndaş yerli icra hakimiyyətinə müraciət etsə də, onun şikayətləri nəzərə alınmayıb. Başçının qəbuluna düşməyin müşkül olduğunu bildirən şikətçi deyir ki, ümidi təkcə ölkə rəhbərliyinədir.

Şərhlər

XƏBƏR LENTİ