FHN niyə işinin layiqincə yerinə yetirmir... - GİLEY
Şamaxı rayon sakini Sahib Əhmədov evinin qəzalı vəziyyətdə olmasından şikayət edir. 2019-cu ildə Şamaxı rayonunda baş verən zəlzələ onun da mənzilindən yan keçməyib. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş 4 ildir, 5 nəfərlik ailəsi ilə birgə qəzalı evdə yaşamağa məcbur olduğunu deyir. Şikayətçi deyir, dövlət qurumlarına köməklik göstərilməsi üçün dəfələrlə üz tutsa da, onunla maraqlanan olmayıb.
FHN-dən isə Sahib Əhmədova yazılı olaraq bildirilib ki, evi bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilib. DİA.AZ bildirir ki, Sahib Əhmədov eyni zamanda ünvanlı sosial yardım ala bilməməsindən də gileylənir. Deyir, sosial yardım üçün iş yerindən sənəd tələb olunur.
Şikayətçinin dolanışığının çətinliyi ilə yanaşı, həm də soyuq aylar yaxınlaşdığından evinin qəzalı vəziyyətdə olması da narahat edir.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?