SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda bağça müdirinin qovduğu işçi intihar etmək istəyir

Sumqayıtda bağça müdirinin qovduğu işçi intihar etmək istəyir

Tarix:

21-06-2019, 16:50

/ 690 dəfə oxundu.
Sumqayıtda bağça müdirinin qovduğu işçi intihar etmək istəyir

Sumqayıt şəhər sakini Aytəkin Bayramova əsaslı səbəb göstərilmədən işdən qovulduğunu iddia edir.

Baku TV-nin müsahibi 4 saylı bağçada dayə köməkçisi kimi işləyib. Bir müddət işlədikdən sonra ali təhsilli olduğu üçün tərbiyəçi keçmək istədiyini bildirib. Bununla bağlı o, yeni müdir təyin edilən Gülnar Əliyevaya müraciət edib.

Aytəkin Bayramovanın dediyinə görə, bununla razılaşmayan müdir müxtəlif bəhanələr gətirərək, onun işdən çıxarılması barədə göstəriş verib.

A.Bayramova deyir ki, xəstə övladını tək başına - yalnız buradan aldığı 94 manatla böyüdürmüş.

Əlacsız vəziyyətdə qalan Aytəkin Bayramova intihar həddinə çatdığını deyir.

TV əməkdaşları məsələni aydınlaşdırmaq üçün sözügedən bağçaya yollanıb. Çəkiliş üçün jurnalistlərin gəldiyini görən bağça işçiləri qapını bağlayaraq, suallara cavab verməkdən yayınıblar.

Daha sonra jurnalistlər Sumqayıt şəhər İcra Hakimiyyətinə yollanıblar. İcra başçısının birinci müavini Teymur Səmədov problemdən məlumatlı olduqlarını deyib. O, məsələnin nəzarətə götürüldüyünü bildirib.

O, işdən azad olunan Aytəkin Bayramovanın gələn həftədən etibarən daha yüksək məvacibli işlə təmin olunacağını vəd edib.

Şərhlər

XƏBƏR LENTİ