XalqXəbər.Az

Nazim İsmayılovun oğlu yenə də efirdədir... - 1 həftəyə 140 min dollar...

Nazim İsmayılovun oğlu yenə də efirdədir... - 1 həftəyə 140 min dollar...
24-07-2019, 10:11

Hazırda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ölkənin ən qocaman icra başçılarındandır. Göyçay (2001-2006), Şamaxı (2006- 2011), Sabirabad (2011-2019) və hal-hazırda Saatlıda üst-üstə 19 il icra başçısı postunda çalışmaqdadır. DİA.AZ xatırladır ki, onun haqqında yerli mediada haqqında kifayət qədər neqativ məlumatlar yazılıb. Haqqında gedən ən ilginc neqativ xəbər isə oğlu Anar İsmayılovun sosial şəbəkələrdə paylaşdığı 150 minlik Lexus-570 maşınının fotosuna görə olub.

Həmin ərəfədə İsmayılov oğluna görə töhmət ünvanı olsa da vəziyyətdən çıxa bilmişdi. Amma indi isə gələn son xəbərlər göstərir ki, Saatlının icra başçısı Nazim İsmaylov ciddi "dəcəlliklə" üz-üzədir". Yəni övladlarının dəbdəbəli həyatı onun üçün ciddi problem yaradıb.

Bu barədə danışan mənbə iddia edir ki, hazırda istirahətdə olan Anar İsmayılov 1 həftə ərzində 3 ölkədə olub və bu turlarına təzminən 140 min dollar xərcləyib. Təbii ki, pulların qaynağı atasının sərvətidir. Atasının isə bu sərvəti necə topladığı hər kəsə aydındır. Elə son olaraq Sabirabaddan topladıqları ilə dəcəllərinə bur cür turları hər gün təşkil edə bilər, desək, yanılmarıq...

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ
Nazim İsmayılovun oğlu yenə də efirdədir... - 1 həftəyə 140 min dollar...
Nazim İsmayılovun oğlu yenə də efirdədir... - 1 həftəyə 140 min dollar...
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.