Saatlı şefinin oğlu Kanadada ev alıb – Foto
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü aşkarlanıb.
Azeuronews.com xəbər verir ki, Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində şirkəti və mülkü var. İcra başçısının oğlunun Kanadadakı mülkünün 1 milyon 300 min dollar olduğu göstərilir.
Qeyd edək ki, ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Saatlının icra başçısı Nazim İsmayılov və ailə üzvləridir.
2001-ci ildən Göyçay, Şamaxı, Sabirabad rayonlarını idarə edən və hazırda Saatlı rayonlarına başçılıq edən Nazim İsmayılovun bu və digər yollarla topladığı milyonları və mülkləri barədə ölkə mətbuatında təkzib olunmayan məlumatlar dərc olunub.
Həmin məlumatlarda qeyd olunur ki, icra başçısının Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri var.
Anar İsmayılovun Kanada biznesi ilə bağlı araşdırmamız davam edir.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...