SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ölkə başçısının bölgəyə edəcəyi səfərlə bağlı toplanan pullar hara xərcləndi?

Ölkə başçısının bölgəyə edəcəyi səfərlə bağlı toplanan pullar hara xərcləndi?

Tarix:

12-06-2019, 13:20

/ 1 177 dəfə oxundu.
Ölkə başçısının bölgəyə edəcəyi səfərlə bağlı toplanan pullar hara xərcləndi?

Artıq bir aydan çoxdur ki, ölkə rəhbərinin Qərb bölgəsinə səfər edəcəyi ilə bağlı yayılmış məlumatlar, bölgə sakinlərinin daha çox diqqətini cəlb edən mövzulardan birinə çevrilib. Yəqin ki, bu səfər proqramında cənab Prezident bir çox obyektlərin açılışını həyata keçirməklə bərabər, bölgədə mövcud olan problemlərlə bir daha yaxından tanış olacaq və onların həlli istiqamətində aidiyyəti üzrə lazımi tapşırıqlarını da verəcək.

Əldə etdiyimiz məlumatlara görə, bu səfər proqramına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi hazırlıq işləri görülür və bu məqsədlə büdcədən maliyyələşən bütün təşkilatlara, o cümlədən təhsil müəssisələrinə, uşaq baxçaları və körpələr evlərinə, səhiyyə ocaqlarına və digər idarə, müəssisələrə “haqq-hesab” yığılması yöndə tapşırıqlar da verilib. Məsələnin düşündürücü tərəfi odur ki, vəsaitlərin yığılmasına səbəb olaraq ölkə başçısının Gəncə şəhərinə edəcəyi səfəri göstərilib. Bu yöndə verilmiş tapşırıqlar təkcə büdcə təşkilatlarında çalışanlara aid deyil, həmçinin ayrı-ayrı sahələrdə çalışan iş adamlarına, şadlıq evlərinin rəhbərlərinə də şamil olunmaqdadır. Yəni, özəl sahələrdə çalışanlar da, bu yöndə verilmiş tapşırığı icra etməyə məcbur edilirlər.

​ ​ ​ Əldə etdiyimiz məlumatlara görə, təhsil müəssisələrindən toplanan vəsaitlərin məbləği, həmin müəssisələrdə çalışan müəllimlərin sayına uyğun olaraq 3 (üç) min manatdan başlasa da, səhiyyə müəssisələrində isə, fərqli məbləğin toplandığı qeyd olunur. Yəni, ixtisasına uyğun olaraq hər həkimdən 200 (iki yüz) manat “haqq-hesab” alınıb. Söylənilənlərə görə, səhiyyə sahəsindən toplanan vəsaitlərin məbləği təhsil sahəsinə nisbətən çox olub. Belə bir fərqin əldə olunmasına, məhz bugünkü icra başçısı ilə Gəncə Şəhər Səhiyyə İdarəsinə rəhbərlik edən Nazim Əhmədovun“bineyi-qədimdən”dost olmaları əsas amil olur.

​ Ümumiyyətlə, gəncəlilərin qonaqpərvər olmaları haqda dillərdə çox söz-söhbətlər dolaşmaqdadır. Amma, ölkə rəhbərinin bu şəhərə edəcəyi səfər proqramı adı altında ŞİH rəhbərliyinin belə bir addımını atması, bu gün də bizi düşündürməkdədir. Ölkə başçısının həyata keçirdiyi islahatlar çərçivəsində əsas məqsəd vətəndaşların sosial durumlarının yaxşılaşdırılması durduğu halda, yerlərdə bunun əksinə addımlar atılır. Bu da heç cür yolverilməz haldır. Vəzifə sahibi olan hər kəs anlamalıdır ki, vətəndaşın haqqını tapdalayıb onu incitmək, əslində vətəndaşın məmurdan incik düşməsinə deyil, dövlətdən incik düşməsinə səbəb olur. Müəllimin, həkimin, hətta sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəsin əlində olub-qalanı almaq, dövlətə xəyanət etmək deməkdir. Onu da qeyd edək ki, ölkə rəhbərinin Gəncəyə edəcəyi səfər zamanı, yəqin ki, cənab Prezident şəhər sakinlərində əmələ gələn ruh düşkünlüyünü hiss edəcək, son bir ildə şəhərin başlı-başına qalmış vəziyyətini görüb, lazımi qiymətini də verəcək. İndi sual oluna bilər ki, ölkə rəhbərinin edəcəyi səfər proqramı adı altında toplanan pulların taleyi necə oldu, həmin vəsaitlər hara xərcləndi?​ Bütün bunlarla bağlı sualları bizdən, cavabı isə...

GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ