XalqXəbər.Az

İcra Hakimiyyətinin başçısı Tərtərdə yoxlamalar aparıla biləcəyindən niyə narahatdır?

yüklənir...
İcra Hakimiyyətinin başçısı Tərtərdə yoxlamalar aparıla biləcəyindən niyə narahatdır?
27-03-2019, 11:31
yüklənir...

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov taxılçılığın inkişafı məqsədilə rayona ayrılan subsidiyanın yoxlanıla biləcəyindən narahat olmağa başlayıb.

Sözügedən rayonda yayılan məlumatlara görə,Müstəqim Məmmədov qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndələri qəbul edərək onlara lazımi göstərişlər verib.

Qeyd edək ki,bir müddət öncə saytlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədovun Yevlaxda yaşayan 80 yaşlı qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya almasına dair xəbərlər yayılmışdı.O zaman RİH-nin başçısı qaynanasının subsidiya almasına dair xəbərləri inkar etmədi. Bundan sonra aidiyyatı nazirliklərdə Tərtər rayonuna ayrılmış subsidiyaların total şəkildə mənimsənilməsinə dair şübhələr artıb.

M.Məmmədovla bağlı digər ağırlaşdırıcı vəziyyəti isə bir müddət əvvəl 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlu ölkə rəhbərliyinə,KİV-lərə etdiyi müraciətdən sonra yaratmışdı.

Belə ki,Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlunun və rayon sakini Məmmədov Elçin Saleh oğlunun Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Kənd Təsərrüfatı naziri İnam Kərimova və surəti “Təzadlar”a ünvanlanan şikayət ərizəsi ölkə KİV-lərində yayımlanmışdı.

Müraciətdə bildirilirdi ki, Qarabağ müharibəsi qazisi Hüseynov Cəfər Əli oğlu uğrunda döyüşərək ağır yaralandığı, bir qolunu itirdiyi Tərtərin Şıxarx adlanan ərasindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək məqsədilə rəsmi qaydada icra başçısı Müstəqim Məmmədova müraciət edib.Bundan sonra RİH-nin rəsmisi Füzuli Əliyev E.Məmmədovu icra hakimiyyətinə çağırıb deyib ki, başçı tapşırıb, get 27000 (iyirmi yeddi min) manat pul gətir, Şıxarx qəsəbəsindən 30 hektar torpağı icarəyə götür.
Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb.

Faktinfo.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.