SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Qəbələ" bu gün "Olimpiakos"la qarşılaşacaq

"Qəbələ" bu gün "Olimpiakos"la qarşılaşacaq

Tarix:

8-11-2023, 10:13

/ 912 dəfə oxundu.
"Qəbələ" bu gün "Olimpiakos"la qarşılaşacaq


"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Azərbaycan klubu II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Famil Xəlilovun yetirmələri Yunanıstan "Olimpiakos"unu qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.

Komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

Şərhlər

XƏBƏR LENTİ