Tanınmış şirkət Messiyə buna görə səkkiz qızıl üzük verdi

“Adidas” sosial media səhifəsində Argentina və “İnter Mayami” nin hücumçusu Lionel Messiyə France Fotball-a görə ilin ən yaxşı futbolçusuna verilən səkkizinci “Qızıl top”u qazanması şərəfinə 8 qızıl üzük verdiyini açıqlayıb.
Şirkətin Lionel Messinin şəklini əlavə etdiyi mesajda "Sayısız xatirələr, səkkiz üzük, sıfır şübhə" deyilir.
Oktyabrın 30-da Messi “Qızıl top”u alıb. Mükafatlandırma mərasimi Parisdə Chatelet teatrında baş tutub.
Bu mükafat Argentina millisinin kapitanı üçün onun karyerasında səkkizinci mükafat olub. Qızıl topu Messi qədər heç kim qazanmayıb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır