SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ağsuda meşələrə qənim kəsilən KİMDİR? - MÜRACİƏT

Ağsuda meşələrə qənim kəsilən KİMDİR? - MÜRACİƏT

Tarix:

17-05-2023, 07:46

/ 365 dəfə oxundu.
Ağsuda meşələrə qənim kəsilən KİMDİR? - MÜRACİƏT

 Ağsu rayonu, Kalva kənd sakini Kazımov Oraz Camı oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şamaxı Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəsul Quliyevin yaşıllığa “qənimi kəsilməsindən” şikayətçidir:

“Mən, Kazımov Oraz Camı oğlu, yazaraq sizə bildirirəm ki, şikayətim Şamaxı Meşə Təsərrüfatı Mərkəzinin direktoru, ixtisasca hərbçi olan, meşədən heç bir anlayışı olmayan Rəsul Quliyev barəsindədir.

Rəsul Quliyev bir ilə yaxındır ki, bu vəzifəni icra edir. Vəzifəyə təyin olunduğu gündən etibarən, meşələri qırdırıb, talan edir. Qanuna zidd olsa da, meşənin qənimi kəsilib. Dəfələrlə görmüşəm ki, sahələri satır.

Mərhum Prezidentimiz Heydər Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, “ağac kəsən şəxslər hesab etsinlər ki, onlar mənim qolumu kəsirlər”. Çox təəssüf ki, Rəsul müəllim bu sözləri qəbul etmir və öz bildiyini edir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimova da məlumat verilib. O, bütün bunları bilə-bilə heç bir iş aparmır, təbiətin məhv edilməsinə göz yumur.

Rəsul Quliyev məhz Vüqar Kərimova arxayın olub, meşəni yox edir.

Vüqar Kərimov şəxsən mənim özümə də hədə-qorxu gələrək bildirdi ki, get sakit otur, ya da əlindən gələni et, onsuz da heç nəyə nail ola bilməyəcəksən.

Rəsul Quliyev deyir ki, mənim arxam bərkdir, bütün burda olanları Vüqar Kərimov bilir, ona görə də başınızı ağrıtmayın.

Şəkillər vasitəsilə meşənin məhv olmasını sizlərə göstərirəm. Buyurun, nəzər salın. Belə haqsızlıq olar, təbii sərvətimiz yerlə yeksan edilir. Məmur özbaşınalığı davam edir”.
 



Şərhlər

XƏBƏR LENTİ