SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ruslan Hüseynov milyarder Fərhad Əhmədovdan şikayətçidir - DETALLAR

Ruslan Hüseynov milyarder Fərhad Əhmədovdan şikayətçidir - DETALLAR

Tarix:

15-05-2023, 15:16

/ 599 dəfə oxundu.
Ruslan Hüseynov milyarder Fərhad Əhmədovdan şikayətçidir - DETALLAR

"Havissos" MMC şirkətinin təsisçisi və direktoru Ruslan Hüseynov milyarder Fərhad Əhmədovdan şikayətçidir.

Xalqxeber.az- ın məlumatına görə, o, Bakupost.az -a bildirib ki, şirkət tərəfindən milyarderə məxsus yaşayış komplekslərində işlərini görsələr də, ödənişlərini ala bilmirlər:

“Öncə qeyd edim ki, şirkətimiz ventilyasiya, isitmə, soyutma və su təchizatı (VİSST) sistemlərinin quraşdırılması və montajı ilə məşğuldur. 2016-cı ildən Fərhad Əhmədov ilə əməkdaşlığa başlamışıq və bir neçə obyektdə VİSST sistemlərinin montajını icra etmişik. Bütün işlər qarşılıqlı müqavilə əsasında icra olunub. Gördüyümüz işlər dəfələrlə yerli və xarici audit şirkətləri tərəfindən yoxlanılıb".

Şikayətçi deyib ki, Göyçay rayonunun Potu kəndində F.Əhmədova məxsus yaşayış kompleksində 30 yanvar 2019-cu il tarixli müqavilə əsasında VİSST sistemlərinin montajını icra ediblər:

"İşlər 2 ildir başa çatıb. Yaşayış kompleksi hazırda sifarişçinin istismarındadır. Ancaq buna baxmayaraq, müqavilə məbləğinin geri qalan 10 faizlik hissəsi - ƏDV daxil olmaqla 53 131,70 AZN bu günə qədər ödənilməyib".

Ruslan Hüseynov eyni zamanda İsmayıllı rayonunun Kürdmaşı kəndində inşa edilmiş F.Əhmədova məxsus rezidensiyanın həyətində 15 noyabr 2018-ci il tarixli müqavilə əsasında “Peyzaj suvarma” sistemlərinin montajını icra etdiklərini də bildirib:
"Sonradan bu müqavilə əsasında bizə əlavə sahələrdə də suvarma sistemlərinin çəkilişi tapşırılıb. O işlər də yüksək keyfiyyətlə icra olunub. Ancaq işlərin bitirilib, təhvil verilməsindən 4 ildən də çox vaxt keçməsinə baxmayaraq, bizə çatmalı olan 36 364,35 AZN (ƏDV daxil) məbləğ ödənilməyib”.

Şikayətçi vurğulayıb ki, dəfələrlə yazılı və şifahi xahişlərə baxmayaraq, F.Əhmədov müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırır.

Məsələ ilə bağlı iş adamı Fərhad Əhmədovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ