SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Baba Rzayev yenə də milyonluq tenderi öz şirkətinə yedirir... - AXI NİYƏ?!

Baba Rzayev yenə də milyonluq tenderi öz şirkətinə yedirir... - AXI NİYƏ?!

Tarix:

12-05-2023, 14:15

/ 343 dəfə oxundu.
Baba Rzayev yenə də milyonluq tenderi öz şirkətinə yedirir... - AXI NİYƏ?!

"Azərenerji" ATSC "Müxtəlif növ sərfiyyat mallarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, qalib "Mix Pro" şirkəti oub.

Qalib şirkətə 827 347 manat ödəniləcək.

DİA.AZ bildirir ki, "Azərenerji" ATSC ilk dəfə deyil ki, "Mix Pro" şirkətinə tenderləri QAZANDIRIR və bu da faktdır ki, bu vaxta qədər Baba Rzayevin qurumundan sözügedən şirkətə 50 milyondan artıq vəsait ötürülüb ki, bu da yerli KİV-in də zaman-zaman diqqətini çəkib. Mətbuatda yazılanalara görə, "Mix Pro" şirkəti Baba Rzayevə aiddir və buna görə də "Azərenerji" ATSC-də tenderləri sədrin şirkəti qazanır.

Mətbuatda yazılan xəbərlərdə deyilir ki, “Azərenerji” ASC külli miqdarda büdcə pullarını tender adı altında “göyə sovurur” və həmin tenderlərdə də son zamanlar “Mix Pro” MMC qalib gəlir.

"Azenerji” rəhbərliyi sən demə, “Mix Pro” MMC ilə çoxdanın tender partnyorudur və onların ortaqlığı hər iki tərəfə külli miqdarda büdcə pullarını mənimsəmə fürsəti tanıyır.

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ