SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zeyanlov daha qocalıb... yaşlanıb... İDARƏ EDƏ BİLMİR! - təkcə bir işçisi haqqında görün, nələr deyilir...

Zeyanlov daha qocalıb... yaşlanıb... İDARƏ EDƏ BİLMİR! - təkcə bir işçisi haqqında görün, nələr deyilir...

Tarix:

12-05-2023, 09:39

/ 421 dəfə oxundu.
Zeyanlov daha qocalıb... yaşlanıb... İDARƏ EDƏ BİLMİR! - təkcə bir işçisi haqqında görün, nələr deyilir...

Hamının Lənkəran MERO dediyi, lakin rəsmi adı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsindən bəhs etmək istəyirik.
Qısaca onu qeyd edək ki, Azərbaycanda bu qədər açıq-aşkar rüşvətin alındığı ikinci bir qurum təsəvvür etmək çətindir. Bu yaxınlarda tanışlardan biri dedi ki, Rusiyada iki il çalışsam da sürücülük vəsiqəsi ala bilmədim, amma Bakıya gələn kimi pulumu verib sürücülük vəsiqəsi aldım. Təsəvvür edirsiniz vətəndaş Rusiyada iki il sürücülük vəsiqəsi ala bilmir, amma Bakıya gələn kimi pulunu verib sürücülük vəsiqəsi alır. Bu hal millətimizə, dövlətimizə yaraşan hal deyil. Həm də unutmayaq ki, dünyada azərbaycanlılar qədər avtoqəzalarda ölən ikinci millət yoxdir. Yəni avtoqəzalarda ölənlərin sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Biz rəsmi rəqəmdən bəhs edirik ee.... Bunun əsas səbəbi nədir..?
Əlbəttə, sürücülük vəsiqələrinin açıq bazar formasında satılması. Biraz sərt də olsa deməliyik ki, “prava” satanlarla torpaqlarımıza mina basdıranların heç bir fərqi yoxdur. Kim necə başa düşür düşsün, bu millətə qarşı genosiddir. Bəzi MERO rəisləri “prava” satıb milyonlar qazanacaq, ortada millətin övladları həlak olmalıdır..?
Sözün qısası, 2021-ci ildə cənab Daxili İşlər Naziri, general polkovnik, hörmətli Vilayət Eyvazov Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədovu tutduğu vəzifədən azad edərək Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəisi təyin edəndə Cənub bölgəsinin adamları düşündü ki, prava satmaq məsələsinə son qoyulacaq. Amma... Əmması odur ki, MERO-nun yeni rəisi Kamran Məmmədov əksinə “prava tarif”lərini qaldırmağa başladı. Belə ki, əvvəl “prava” almağın qiyməti 900 manat idisə, indi 1100-1200 manata qalxıb. Bunun üçün “parava” maklerləri var, onlara yaxınlaşıb sövdələşmək yetər. Sürücülük vəsiqəsindən başqa maşınların texniki müayinədən keçirilməsi də əsl bazara çevrilib. Belə ki, rəisin maklerləri sürücülərlə danışıb pulu alandan sonra texniki baxışla bağlı sənəd verilir. Bundan başqa nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Bu hələ harasıdır..?
Kimlər ki, öz qanuni hüququnu tələb edir, rəisin qoçuları tərəfindən təyziqlərə məruz qalırlar. Biz hələ oğurluq maşınları qeydiyyatından danışmırıq. Digər məsələni də qeyd edək ki, kateqoriya dəyişdikcə sürücülük vəsiqəsinin qiyməti də dəyişir.
Sözün qısası, Lənkəran MERO-da özbaşnalıq və qanunsuzluqlar baş alıb gedir. Bu barədə saytların çoxunda yazılıb və təkzib olunmayıb. Bəli, Lənkəran MERO-nun rəisi Kamran Məmmədov prava sata-sata milyonçuya, oliqarxa çevrilib. Bu adam Cənub zonasında ən bahalı torpaqları ələ keçirib. Özü də öz yaxın qohumunun vasutəsilə.
Bəli, Kamran Məmmədovun yaxın qohumu Əmlak komitəsində yüksək vəzifədə işləyir. Və Kamran Məmmədov hər yerdə deyir ki, mən qohumumun vasitəsilə istənilən torpağı həm icarəyə, həm də satın ala bilərəm. Biraz da çətinə düşən kimi deyir ki, mən CƏNAB-a məruzə edim, sonra... Görəsən, bu hansı CƏNAB-ı nəzərdə tutur.
Görəsən, bu CƏNAB-ın adı, soyadı nədir, hansı vəzifəni daşıyır..?
Onu da qeyd edək ki, Kamran Məmmədov kimlərəsə hədə-qorxu gələrək deyir ki, bütün vəzifəli şəxslərin mülklərinin, obyektlərinin siyahısı əlimdədir haa...
Görəsən, MERO rəisi bu əmlakların siyahısını necə ələ keçirib..? Çox güman ki, yuxarıda adını çəkdiyi qohumunun əli ilə. Bu barədə növbəti yazıda. Bizi izləyin.
//gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ