SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı... - NARAZILIQ VAR!

Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı... - NARAZILIQ VAR!

Tarix:

3-05-2023, 18:32

/ 2 134 dəfə oxundu.
Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı... - NARAZILIQ VAR!

Məhkəmə hakimiyyətinin aztəminatlı şəxslərin məhkəmə müdafiəsi hüququna qadağa qoyması artıq normaya çevrilib. Qadağa , başlıca olaraq, Mülki Prosessual Məcəllənin 67-ci maddəsi ilə doğrulanan yalnız Ali Məhkəmədə vəkilin məcburi iştirakından qaynaqlanır. Yalnız kassasiya şikayəti vermək üçün vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslər dövlət hesabına vəkillə təmin oluna bilər . Sədri Şərafət Məmmədova olan, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət üçlüyün isə heç 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından da imtina etməsindən media anında informasiya yayıb. Heç demə, sözügedən məhkəmə üçlüyünün özbaşınalığı bununla bitməyib.
E-məhkəmə sistemində dövlət hesabına yardımdan məhrum edilən 1-ci dərəcəli Qarabağ əlilinin, ümumiyyətlə, apellyasiya hüququna da qadağa qoyulması haqqında məlumat belə fikirləşməyə əsas verir. Bakı Apellyasiya Məhkəməsi qərardaddan şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktı qəbul edildiyini, işin apellyasiya baxışından çıxarıldığını bildirib. Deyəsən, Şərafət xanım və dəstəsi çaşıb qanunvericiliyin tələbini unudub. Axı dövlət hesabına vəkillə təminatdan imtina edilməsi hələ iş üzrə yekun məhkəmə aktının çıxarılmasına haqq vermir ! 1-ci dərəcəli Qarabağ əlilinin hələ 10 gün şikayət vermək üçün vaxtı var. Və əlil vətəndaş Vəkillər Kollegiyasına dövlət hesabına vəkillə təmin olunması ilə bağlı müraciət edib. Ən uzağı, bəyəm bir vicdanlı vəkil tapılmayacaq ki, qanunsuz qərardaddan əlilin yazdığı şikayətə orderini əlavə etsin? Lap tapılmasın, əlilin öz hesabına vəkillə təmin olunmaq hüququna da qadağa qoyulub? Əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də vəkilin xidmətini ödəməyə müraciət etməkdə haqlıdır. Bunları vurğulamaqda amacımız şikayətvermə müddəti bitməmiş yekun məhkəmə aktının çıxarılmasının kobud qanun, hüquq pozuntusu olmasını diqqətə çatdırmaqdır.
Məhkəmə hakimiyyətinin, yuxarıda vurğuladığımız kimi, yalnız MPM-in 67-ci maddəsini tətbiq etməsi, yalnız kassasiya instansiyasında məcburi vəkil ayrılmasını təmin etməsi də Konstitusiyaya hörmətsizlikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. Bəs niyə məhkəmə hakimiyyəti Konstitusiyanın 61-ci maddəsini tətbiq etmir? Niyə Ana Qanunun 127-ci maddəsinin VIII hissəsi ilə doğrulanan prosesin istənilən mərhələsində hər kəsin müdafiə hüququ görməzliyə vurulur? Məhkəmənin məntiqsiz məntiqinə görə, aşağı instansiyalarda dövlət hesabına vəkillə təminat qanunda nəzərdə tutulmayıb. (?) Bəs Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsi ilə doğrulanan proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququnu məhkəmənin tanımaması nə ilə izah olunur? İzah belədir ki, pulunu ödə vəkillə təmin olunmaq hüququndan yararlan! Bəs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi ilə doğrulanan MƏHKƏMƏDƏ VƏKİLİN XİDMƏTİNİ ÖDƏMƏYƏ KİFAYƏT QƏDƏR VƏSAİTİ OLMAYAN ŞƏXSLƏRƏ HEÇ BİR MƏHDUDİYYƏT QOYULMADAN GÖSTƏRİLƏN VƏKİL XİDMƏTİNİN HAQQININ DÖVLƏT HESABINA ÖDƏNİLMƏSİ əlillərə, qazilərə aid deyil? Bu da qanunda nəzərdə tutulmuş hal. Niyə qanunda nəzərdə tutulduğu halda 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmır? Məhkəmə bu maddəni cavabdehin sifarişi ilə tətbiq etmir ki, əlilin pensiyası vəkilin haqqını ödəməyə yetər. (?) Özbaşınalığa baxın, məhkəmə hakimiyyəti , sosial müdafiə qurumları bilmir ki, pensiya itirilmiş əmək, sağlamlıq imkanlarının bərpasına yönələn dövlət vəsaitidir . Bəyəm əlil pensiyasını hüquqi yardıma xərcləməlidir ?
Bu Konstitusiya, bu hüquq, bu da qadağa. Görəsən niyə məhkəmə hər çağ qadağanı tətbiq edir? Bəyəm məhkəmə hüquq pozmağa xidmət edir? Suallar çox, cavab verən yox. ..
Məğrur Bədəlsoy
DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ