SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Mahmud Məmmədovun Heydər Əliyevlə bağlıxatirələri

Mahmud Məmmədovun Heydər Əliyevlə bağlıxatirələri

Tarix:

2-05-2023, 17:46

/ 555 dəfə oxundu.
Mahmud Məmmədovun Heydər Əliyevlə bağlıxatirələri

“Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onunla bağlı xatirələri qələmə alıb. Mahmud Məmmədovun təqdim etdiyi xatirələrdən ibarət yazıda hələ 1990-cı ildən Ulu Öndərlə başlayan dostluqmünasibətlərindən, ona olan sədaqətindən və göstərdiyi unudulmaz xidmətlərindən, keçirdiyi görüşlərdənbəhs olunur. Həmin xatirəyazısınıoxuculara təqdim edirik:

Həyatımın ən unudulmaz, əziz xatirələri Heydər Əliyevin adı ilə bağlıdır. O xatirələr mənim üçün zamanın özündən də önəmlidir, çünki vaxtı geriyə çəkmək, dəyərli anları yenidən yaşamaq, təəssüf ki, mümkün deyil. Xatirələr isə həmişə səninlədir. İstədiyin vaxt keçmişicanlandırır, sənə əziz olan insanlarıyaddaşında yaşada bilirsən... 

Ulu Öndər haqqında cild-cildkitablar yazılıb, filmlər çəkilib, minlərlə yazılar, məqalələr... O, dahi siyasətçi, Ümummilli lider, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndərdir.

Özümü çox şanslı hesab edirəm ki, Heydər Əliyev kimi dahi insanla şəxsən tanış idim. Bu tanışlıq düz 33 il əvvəl başladı.
1990-cı ilin may aıynda mərhum rejissor, dostum Eldar Quliyevinağlına bir ideya gəldi - Heydər Əliyevin Vətənə qayıtması haqqında sənədli film çəkmək. O, bu ideyanı mənimlə paylaşdı və mən onu dəstəkləyib, filminmaliyyələşdirilməsiniüzəriməgötürdüm. Eldar Quliyev Moskvamehmanxanasındakıofisimizdən dərhal Heydər Əliyevlə telefon əlaqəsi yaratdı. Bir neçə vaxtdan sonra operator Vladimir Konyakin başda olmaqla çəkiliş qrupu Naxçıvana yola düşdü. Eldar Quliyev ofisimdən tez-tez Heydər Əliyevlə telefonla danışırdı, sonra isə planları bir yerdə müzakirə edirdik.

Təəssüf ki, filminçəkilişinə imkan vermədilər. Məlum qüvvələr Heydər Əliyevin gəlişinə hər yolla mane olmağa çalışırdı. Avqustun 8-də mənə qarşı sui-qəsdcəhdi oldu. Mən yaralandım, Eldar Quliyev isə həyəcandan ürək tutması ilə xəstəxanaya düşdü. Beləliklə, filmin çəkilişi bu hadisədən sonra dayandırıldı. Cinayət işi uzun müddət açılmamış qaldı.
gunay@00p)22

Və yalnız Prezident Heydər Əliyevin şəxsi tapşırığından sonra sabiq respublika baş prokurorunun birinci müavini İsa Nəcəfovunbaşçılığı ilə cinayət işi yenidən açıldı və cinayətkarlar layiqli cəzalarınıaldılar. Bu hadisə haqqında “Naşirinölümü” (müəllifləri İsa Nəcəfov və Elmira Axundova )kitabında geniş yazılıb.

1991-ci ilin noyabr ayında Ulu Öndər məni Naxçıvana dəvət etdi. Mənim  HeydərƏliyevlə ilk əyani görüşüm 3 saatdan çox davam etdi. Dahi insanla söhbətdən doymurdum. O dövrün çətinliklərindən, vəzifə, iş, çörək verdiyi insanların xəyanətindən xeyli danışdı. Məni çox maraqlandıran suallara da təmkinlə cavab verdi.

O zaman rabitənazirinin müavini olan mərhum Nadir Əhmədov Naxçıvanla rahat əlaqə saxlamaq olsun deyə ofisimə özəl telefon xətti çəkdirdi. Bunun sayəsində Ulu Öndərlə tez-tez telefonla danışabilirdim.

Növbəti dəfə Heydər Əliyevlə 1992-ci ilin yayında İstanbulda görüşdüm. Çox maraqlı keçən bu görüşümüzdə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev, kiçik qardaşımƏbülfəz də iştirak edirdilər. Həmin anları heç vaxt unutmayacağam - divanda yanaşı oturmuşduq. Heydər Əliyev məni çiynimdənqucaqlayaraq dedi: “Bir çoxları mənə vəfasızlıq edib, sən etmə!” 

1993-cü ilin fevral ayında Heydər ƏliyevləMoskvadakıevində növbəti görüşüm oldu. Yaşadığı bina “Politbüroevi” adıylatanınırdı. Mənzilin, mebellərinsadəliyi, təm-təraqsızolmağı məni sözün yaxşı mənasında təəccübləndirdi, çünki Heydər Əliyev vaxtilə SSRİ rəhbərliyinin birinci şəxslərindən idi. Həmin gün söhbət Azərbaycanda yaranan vəziyyətdən, erməni işğalından, yəni onu ən çox narahat edən məsələlərdən gedirdi... Heydər Əliyev kimi dahininevində olmaq, onu qeyri-rəsmi, tam fərqli mühitdəgörmək, dinləmək mənim üçün olduqca maraqlı idi.

Hər görüşümüzdə Heydər Əliyevin nə qədər dahi, müdrik şəxsiyyət olduğu ilə bərabər, onun çox sadə insan olduğunun şahidi olurdum.
Ulu Öndər zarafatı da sevirdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmişdi. Günlərin bir günündə ofisimdəkihökumət telefonuna zəng gəldi. Telefonla 1-2 dəqiqə danışmağıma baxmayaraq, qarşı tərəfi tanımadım və israrlakim olduğunu soruşdum. Ulu Öndər ona xas olan yumorla “Böyük adamolmusan da, tanımazsan, Heydər Əliyevdir” dedi.

Həqiqətən səsi fərqli idi, tanımamışdım. İkimiz də xeyli güldük. Sonra söylədi ki, dostun Mətləb Mütəllimovlaoturmuşuq, səniyadasaldıq...

1995-ci ildə indiki Heydər Əliyev sarayında mərhum Xəlil Rza Ulutürkünxatirəgecəsikeçirilirdi. Tədbirdə Heydər Əliyev iştirak edirdi. 2-3 gündən sonra isə mənə həmin gecədəçəkilmiş bir foto gətirdilər -  fotoda Heydər Əliyev “Günay” qəzetinin Xəlil Rza Ulutürkə həsr olunmuş xüsusi buraxılışınıoxuyurdu. Bu şəkillə bərabər Ulu Öndər zarafatyana xəbər də göndərmişdi ki, qəzetini reklam edirəm...
1997-ci ildə Prezident Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatınıntoplantısında iştirak etmək üçün İstanbulagetmişdi. O zaman mərhum rejissor, professor Tofiq İsmayılov, tanınmış rəssam, professor Teymur Rzayev və digər çoxsaylı həmvətənlərimizlə İstanbul hava limanında Ulu Öndəri təntənə ilə qarşıladıq. Sabahısı gün isə dövlət başçılarınınqaldığıÇirağan otelinin qarşısında, dənizdə, gəmilərdə o vaxtkı Ermənistan prezidentiTer-Petrosyana qarşı etiraz aksiyasını təşkil etdik...

1998-ci ildə Ümummilli liderin 75 illik yubileyində onu təbrik etmək şərəfi mənə qismət oldu. Və həmin gün Ulu Öndərin ünvanıma dediyi sözlər, rəhbəri olduğum partiyaya, təsis etdiyim “Günay” qəzetinə verdiyi yüksək qiymət ən qürurverici xatirələrimdəndir.
Ən acı xatirəm isə bütün xalqımızı sarsıdan, yaddaşımızda qara rəqəmlərlə yazılan 12 dekabr 2003-cü iltarixidir. Mənə hər zaman dəstək olan, dəfələrlə təzyiqlərdən, təxribatlardan qoruyub müdafiə edən doğma insan, Ümummilli Lider bizi cismən tərk etdi. Amma biz çox şanslımillətik ki, Ulu Öndər, onun işini davam edən, xalqamöhtəşəm qələbə səadətiniyaşadan, milli qeyrətimizi, Qarabağımızı bizə qaytaran lideri – Prezident İlham Əliyevi xalqa miras qoydu.

Zamanın öz hökmü var. Onun hökmü ilə nəsillər dəyişir, insanlar dünyasını dəyişir. Amma ƏlahəzrətZamana qalib gələnlər də var. Onlar əsrlərdə yaşayır. Bizə miras qoyduğu, ölçüyə gəlməz qədər böyük əməlləri, yaxşılıqları ilə...

Bəzən əlçatmaz bir zirvə kimi deyil, nəfəsiduyula biləcək qədər yaxın, doğma insan kimi. O, təkcə kitablarda, filmlərdə, dildə deyil, həm də şükranlıqla onun üçün ayırdığımız, ürəyimizingözəgörünməz bir yerində, dualarımızda yaşayır.
 







Şərhlər

XƏBƏR LENTİ