DİN bu idarədə yoxlama keçirdi: 8 vəzifəli şəxs işdən çıxarıldı - TƏFƏRRÜAT
Daxili İşlər Nazirliyi tərəfindən Abşeron Rayon Polis İdarəsində xidməti kompleks yoxlamalar aparılıb.
Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində 8 nəfər işdən azad edilib. Belə ki, yoxlamalar zamanı İdarənin rəis müavini polis polkovniki Elçin Rəcəbov, rəisin şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar Məmmədov, İstintaq və Təhqiqat İdarəsinin, Cinayət Axtarış Şöbəsinin, hebelə narkotiklərlə mübarizə qrupunun baş əməliyyatçısı və əməliyyatçısı, bundan başqa Abşeron RPİ-nin Qobu Polis bölməsinin rəisi, polis mayoru Samir Qayıbov və bölmənin rəis müavini polis mayoru Ramil Rüstəmovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib.
Qeyd edilən şəxslər işdən azad edilərək sərəncama götürülüb. Yoxlamalar davam etdirilir.
Qeyd edək ki, 3 ay öncə Abşeron Rayon Polis İdarəsinin rəisi dəyişdirilib. Polis polkovniki Şəhriyar Şəmşirli vəzifəsindən azad olunaraq yerinə polkovnik Musa Musayev təyin edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...