SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Anlaşma Memorandumunun mühüm əhəmiyyəti

Anlaşma Memorandumunun mühüm əhəmiyyəti

Tarix:

26-04-2023, 17:59

/ 451 dəfə oxundu.
Anlaşma Memorandumunun mühüm əhəmiyyəti

 
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və AzərbaycanRespublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Bu razılaşma Azərbaycana təbii qaz satışında müxtəlif bazarlar əldə etmək imkanı yaradır və o cümlədən, Bolqarıstanda imzalanmış bu sənəd ötən il Bakı ilə Avropa İttifaqı arasında imzalanmış enerji memorandumundan irəli gələn addımlardan biridir.
Azərbaycan dövlətinin başçısı mərasimdə çıxış edib. Prezident Bolqarıstanda Azərbaycanın bərpaolunan enerji məsələləri ilə bağlı da gücünü göstərdi. Qeyd etdi ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Qərb hazırda Azərbaycanın “yaşıl enerji” potensialına xüsusi önəm verir".
İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha göstərdi ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. 
 
Aysel Mənsimova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ