XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Türkiyədə neft tankeri avtomobillə toqquşdu - Ölən və yaralılar var

Türkiyədə neft tankeri avtomobillə toqquşdu - Ölən və yaralılar var

Türkiyədə neft tankeri avtomobillə toqquşdu - Ölən və yaralılar var
26-04-2023, 15:56

 
Türkiyənin Şırnak şəhərinin İdil rayonunda neft daşıyan tanker avtomobillə toqquşub. 

Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Nəqliyyat vasitəsinin sürücüsü Abdurrahman Laçın hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar İdil Dövlət Xəstəxanasına aparılıb.

Qəzadan sonra tankerdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.