Kürdəmirdə “QAZLI MAXİNASİYALAR” – Elşən Rəhimovu Hacıqabuldan sürgün edən səbəb nə idi
Ağsu Regional Qaz İstismar İdarəsi Kürdəmir Xidmət Sahəsinin fəaliyyətindən şikayətlər var. Bildirilir ki, sahə rəisinin tapşırığı ilə nəzarətçilər yerlərdə “mavi uanacağı” çox işlədən abonentlərlə sövdələşərək, sayğaclara müdaxilə edirlər. Əsasən qeyri-əhali qrupuna aid abonentlərdən (kafe, sex, emalatxana, istixana və s. obyekt sahiblərindən aylıq 40-50 manat civarında sabit məbləğdə rüşvət alaraq onların istehlak etdikləri qazın həcmini xeyli azaldırlar. Təbii ki, hökumətin xəzinəsindən azalıb ciblərə yığılan pulun əhəmiyyətli hissəsi Xidmət Sahəsinin rəisi Elşən Rəhimova çatır.
Xatırladaq ki, Elşən Rəhimov əvvəllər Hacıqabul XS-də rəhbər vəzifədə işləyib. Adı illər öncə qaz borularını satmaqda, istehlakçılara artıq debitor borc yazmaqda hallanıb. Hacıqabulda həyat yoldaşı hərbçi olan Yaqut Ağayeva adlı xanım işçisi ilə aralarında namus qalmaqalı yaşanıb və işləri məhkəməyə düşüb. Yaqut xanımın tərəfində bir çox qeyrətli insanlar, eləcə də Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yer alsalar da, məhkəmə pulu daha çox olan Elşənin şərləndiyi qənaətinə gələrək, xeyrinə qərar çıxarıb. Bununla belə rəhbərlik Elşən Rəhimovun daha Hacıqabulda qalmasını məqsədəuyğun saymayıb və, o, Kürdəmirə göndərilib. Hərçənd, “Azəriqaz” ASC-nin rəsmi məlumatında Elşən Rəhimovun təyinatının dəyişdirilməsinin məlum qalmaqalla əlaqəsinin olmadığı bildirilsə də, kürdəmirlilər ona münasibətdə “ocaq yanmasa, tüstü çıxmaz” atalar sözünü rəhbər tutaraq ehtiyatı əldən vermirlər.
İbrahim Hümbətov //azinfo.tv//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...