XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Masallıda qaz sayğacı “əməliyyatı” – Rüşvət və hədə-qorxu ilə bağlı şikayət var – FOTO

Masallıda qaz sayğacı “əməliyyatı” – Rüşvət və hədə-qorxu ilə bağlı şikayət var – FOTO

Masallıda qaz sayğacı “əməliyyatı” – Rüşvət və hədə-qorxu ilə bağlı şikayət var – FOTO
4-07-2017, 15:46

Masallı rayon Ərkivan qəsəbəsi sakini Həsənli Ağa Faiq oğlu ünvanladığı məktubunda Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin fəaliyyətindən şikayət edib.
Şikayətçi A.Həsənli qeyd edib ki, qəsəbədə anası Nemətova Hökumə Nemət qızı ilə bir yerdə yaşayır və evin qaz abonenti də rəsmən anasının adınadır. Onun sözlərinə görə, Masallı Xidmət Sahəsinin işçiləri ailəsinə qarşı qanunsuzluq etmələri azmış kimi, hələ bir hədə-qorxu da gəlirlər:
“2016-cı ilin 20 dekabrında bizə qaz pulunu ödəmək üçün bildiriş gəldi. Bildirişdə yazılmışdı sizin borcunuz yoxdur. Mən 2016-cı ilin 22 dekabrında Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi Gülyar Hüseynovun qəbuluna getdim. Dedim ki, qaz sayğacımı yoxlasınlar. 23 dekabr 2016-cı il tarixində 4 nəfər gəlib yoxladılar. Köhnə sayğacı götürəndə onlardan sayğacın götürülməsi səbəbi haqda akt tərtib edib mənə verilməsini tələb etdim. Onlar isə cavabında “sayğaca müdaxilə olunmayıb, sadəcə istifadə müddəti qurtarmışdır. Akta ehtiyac yoxdur, sizin qaz sayğacınız dəyişdirilib təzəsi bağlanacaq” deyib məni aldatdılar. Sayğacı aparmazdan əvvəl Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin işçisi Cəbiyev Elnur Atakişi oğlu heç bir qəbz vermədən məndən 120 manat rüşvət pul tələb etdi. Mən cavabında ona bildirdim ki, hər ay qaz pulunu ödəmişəm, qəbzlərim də var. Sayğaca da müdaxilə etməmişəm. O isə cavabında mənə bildirdi ki, deyilən pulu verməsən, 494 manat cərimə olunacaqsan. Mən ona yenə rədd cavabı verdim. Sonra Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin işçiləri bizim həyətə yeni qaz sayğacı qoydular və sağollaşıb getdilər. Biz 4 ay da qaz işlədib pulunu ödəmişik. Bütün bildiriş və qəbzlər məndə qalıb.
2017-ci ilin aprel ayında Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin rəisi Gülyar Məmmədov vəzifəsindən azad olundu. Bundan sonra məni həmin idarəyə çağırdılar. Lənkəran Regional Qaz İstismar İdarəsi Masallı Xidmət Sahəsinin işçisi Aləddin Məmmədov heç bir qəbz vermədən məndən rüşvət tələb etdi. Eyni qaydada, 494 manat cərimə olunacağım barədə “hökm” oxudu. Mən də bildirdim ki, sizə heç nə verməyəcəyəm. Lakin 2017-ci ilin aprel ayının axırlarında məni qeyri-qanini olaraq 494 manat cərimələdilər.
İndi mən bu qeyri-qanuni cəriməni ödəməkdən imtina edirəm. Onlar bir dəfə iyun ayının əvvəllərində bizə və qonşumuza gələn küçədəki qaz xəttini özbaşına kəsiblər. Biz və qonşumuz bir neçə saat qazsız qaldıq. Bizim etirazlarımızdan sonra onlar gəlib qazı birləşdirdilər. Onlar indi də tez-tez mənə hədə-qorxu gəlirlər ki, sizin qazınızı kəsəcəyik və məni narahat edirlər. Onlar mənə dəfələrlə bildiriblər ki, hara şikayət edirsən et.
Mən məsələ ilə bağlı Dövlət Neft Şirkətinə şikayət etmişəm, lakin hələlik heç bir cavab verilməyib”.

Milli.Az
Masallıda qaz sayğacı “əməliyyatı” – Rüşvət və hədə-qorxu ilə bağlı şikayət var – FOTO
Masallıda qaz sayğacı “əməliyyatı” – Rüşvət və hədə-qorxu ilə bağlı şikayət var – FOTO
Masallıda qaz sayğacı “əməliyyatı” – Rüşvət və hədə-qorxu ilə bağlı şikayət var – FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.