SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Təhsil Nazirliyi rüşvət alan məktəb direktorunu işdən azad edə bilmir”

"Təhsil Nazirliyi rüşvət alan məktəb direktorunu işdən azad edə bilmir”

Tarix:

5-05-2021, 14:23

/ 738 dəfə oxundu.
"Təhsil Nazirliyi rüşvət alan məktəb direktorunu işdən azad edə bilmir”

Abşeron rayonu Mehdiabad qəsəbəsinin 5 nömrəli tam orta məktəbinin direktoru Samirə Əkbərovanın külli miqdarda rüşvət aldığı iddia olunur.

Pravda.az xəbər verir ki, bu barədə təhsil eksperti Elşən Qafarov bildirib. 

Onun sözlərinə görə, direktor 30 nəfərdən işə düzəlmək adı ilə rüşvət aldığı iddia olunur: “Məktəbə müəllim, texniki işçi və digər işçilər adı altında vətəndaşlardan aldığı külli miqdarda vəsaiti mənimsəyirlər. Zərərçəkənlər polisə müraciət etsə də, o hələ də öz işindədir”. 

Direktor işə düzəltmə adı ilə 30 nəfərin hər birindən minimum 4 mindən başlayaraq 7, 8 və 10 min manat civarında pul alıb. Pulu qaytarmaqdan imtina edən direktorla şikayətçilər arasında dəfələrlə qalmaqal yaşanıb. Hətta tərəflər arasında yaşanan qalmaqalda halı pisləşənlər də olub.

Elşən Qafarovun sözlərinə görə məktəbdə baş verənlər barədə Təhsil Nazirliyinin xəbəri var, amma onu işdən azad edə bilmirlər.

Şərhlər

XƏBƏR LENTİ