SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kəmaləddin Heydərov kadrlarını ÖZBAŞINA BURAXIB.... - BU NƏDİ BELƏ?

Kəmaləddin Heydərov kadrlarını ÖZBAŞINA BURAXIB.... - BU NƏDİ BELƏ?

Tarix:

11-04-2023, 18:05

/ 381 dəfə oxundu.
Kəmaləddin Heydərov kadrlarını ÖZBAŞINA BURAXIB.... - BU NƏDİ BELƏ?

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sənaye balıq ovuna moratorium qüvvəyə minib. Buna baxmayaraq FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevirdəki şöbə rəisi bu qadağaya məhəl qoymur.
Bu haqda Dünyanınsəsi.Az saytına Mingəçevir şəhərindəki keçmiş turist bazasında olan özəl mənbədən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə , hazırda daxili su hövzələrində balıq ovu ilə bağlı moratorium qüvvəyə minsədə Mingəçevir çimərliyində hər kəsin rəis Kamil kimi tanıdığı şəxs yenədə qayıqları ilə balıq ovlatdırır.
Həm də etibarlı mənbədən əldə etdiyimiz məlumata görə FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə rəisi Kamil müəllimə məxsus olduğu iddia edilən yaxta Kür çayında sərnişin daşıma ilə məşğuldur.
Xidmətin fəaliyyəti haqqında üzərinə düşən vəzifələri bir yana qoyaraq əsas maddi maraqlara başıı qarışmış olan bu məmurdan fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı hansı çevik reaksiya verilməsini gözləyə bilərik?
Redaksiya olaraq inanırıq ki, FHN-nin rəhbərliyi sözügedən məsələ ilə bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin Mingəçevirdəki şöbə rəisinin qanunsuz “balıq ovlama” fəaliyyətinin araşdırılmasına müvafiq göstərişlər verəcəkdir.
Bu sahəyə cavabdeh və nəzarət etməli olan müvafiq qurumlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətidir.
Bir müddət öncə Xidmətin rəisi Firuddin Əliyev mətbuata açıqlamasında qeyd etmişdir ki, moratoriumun davam etdiyi müddətdə qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçiriləcək və təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Səsləndirilən iddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
//Dünyanınsəsi.Az//

Şərhlər

XƏBƏR LENTİ