SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Muxtar Babayev bir nazir kimi Rasim Həsənovun qanunsuz balıq ticarətini dayandıra biləcəkmi?

Muxtar Babayev bir nazir kimi Rasim Həsənovun qanunsuz balıq ticarətini dayandıra biləcəkmi?

Tarix:

22-11-2018, 10:19

/ 2 336 dəfə oxundu.
Muxtar Babayev bir nazir kimi Rasim Həsənovun qanunsuz balıq ticarətini dayandıra biləcəkmi?

Azərbaycanda balıq mövsümünün başlanması ilə həftənin şənbə və bazar günləri balıq ovuna gedənlərin də sayi artır. İnsanların böyük əksəriyyəti balıq ovuna bir xobbi kimi baxır,bu məqsədlə ağır iş günlərindən sonra təbiətin qoynunda, dəniz kənarında balıq ovlamaqla istirahət edirlər. Bunu bir əyləncə növü də adlandımaq olar. Lakin balıq ovundan qazanc əldə etmək istəyənlər də kifayət qədərdir. Məlum olduğu kimi Azərbaycanda hər il ov mövsümü başlandıqda fiziki şəxslərə lisenziyalar verilir.Məlum olduöu kimi balıq və digər su bioresurslarının ovuna balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən balıq və digər su bioresurslarının ovu üçün balıqovlama bileti ödənişlidir və 1 il müddətinə verilir:

“Nazirlər Kabinetinin 02.06.2017-ci il tarixli 243 №-li Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na görə balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru 2 mərhələdən ibarətdir. 1-ci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Eyni zamanda mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir. Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır.”.
Amma görəsən qanunvericilikdə nəzərdə tutulmuş qaydadada hamı bu bileti ala bilirmi? Bizə verilən məlumatlara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıq ovuna biletlərin verilməsini həyata keçirən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində insanlar bilərəkdən get-dələ salınır,bəzən aylarla süründürülür. Niyəsi isə bəllidir. Burada qanunvericilikdə nəzərdə tutulmuş rüsum dövlət hesabına köçürüldükdən sonra da Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin təyin etdiyi qeyri qanuni rüsumu verməyə esə çox adamın gücü çatmır.Amma ötən yazıda da qeyd etdiyimiz kimi Lənkəranda, Siyəzəndə, Dəvəçidə, Neftçala və Səlyan rayonlarında, Ələt, Hacı Zeynalabdin Tağıyev, Pirallahı və Hövsan qəsəbələrində mütəşəkkil dəstələr mövcuddur ki, vaxtaşırı açıq dənizə çıxaraq balıq ovlayıb bazarlara çıxarırlar. Görəsən bu dəstələrin kütləvi şəkildə balıq ovlamağa lisenziyaları varmı? Əlbəttə olanları da var. Amma lisenziyaları olanlara kvota qoyulmasına baxmayaraq onlar fəaliyyətlərini davam etdirirlər. Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları isə onların bu qanunsuz əməllərinə göz yumurlar.Təbii ki, nəyinsə müqabilində. Biz hələ Kür və Araz çayları boyunca, Mingəçevir və Şəmkir su anbarlarında qanunsuz balıq ovlayanları demirik. Əgər bunlar da nəzərə alınarsa gün ərzində Respublika ərazisində minlərlə ton balığın qanunsuz ovlandığını görmüş olarıq. Bütün bu qanunsuzluqların başında isə bir nəfər dayanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentin müdiri Rasim Həsənov. İndi təsəvvür edin Rasim Həsənovun gündəlik qazancı nə qədər olur. Rasim Həsənovun gəlirləri bununla kifayətlənmir.

Qeyd edək ki, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin tabeliyində 10- dan çox balıqartırma müəssisələri var. Bunlardan Şirvan Nərə Balıqartırma və Neftçalada yerləşən Xıllı Nərə Balıqartırma Zavodları, Azərbaycan Təcrübi Dəniz Balıqartırma, Kiçik Qızılağac Balıqartırma, Tovuz Balıqartırma Təsərrüfatı, Dəvəçi Balıqartırma Məntəqəsi, Kür Təcrübi Nərə və Kür-Ağzı Nərə zavodlarında il ərzində nə qədər balıq artırılır? Açıq dənizə və bazarlara nə qədər balıq çıxarılır.? Maraqlıdır görəsən bu zavodlarda dənizə buraxılan balıqlardan əlavə bazarlara nə qədər balıq və kürü çıxarılır? Nərə balığının ovlanmasının qadağan edildiyi bir zamanda ölkə bazarında istənilən qədər qara kürünün satışa necə çıxarılması da araşdrıılması vacib olan məsələdir. 80-85 faizi Xəzərdə olan kürünün satışı bu cür kütləvi şəkildə baş tutursa, demək ki, qoyulan qadağaya nəzarət çox zəifdir. Əslində zəif də deyil ,bu sahəyə nəzarət edənlərin bir sıra qanunsuzluqlara göz yummasıdır.

Teref.az mövzunun aktuallığını nəzərə alaraq araşdırmalarını davam etdirəcək.
Əks tərəfin də mövqeyini öyrənməyə hazırıq.Bizi izləyin.

Mənbə:Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ