Qalmaqallı məmur Qüdrət Şükürovla bağlı yeni iddialar - Belə deyirlər...
Qızına 400 min dollarlıq toy etməsi xəbəri ilə gündəmə gələn Bakı Lift İdrəsinin direktoru, oliqarx Qüdrət Şükürovla bağlı Bizimxeber.az-a maraqlı məlumatlar daxil olub. Belə ki, bir müddət əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Q.Şükürov Gümüş Plazadakı dəyəri 1.8 milyon olan 2 mənzili satıb. Hətta o da deyilirdi ki, mənzillərdən başqa Şükürov bir neçə bahalı avtomobilini də satıb.
Gümüş Plazada çalışan şəxslərdən birinin verdiyi məlumata görə, Qüdrət Şükürov “Gümüş Plaza”dakı 10-cu mərtəbədə yerləşən 2 yanaşı mənzilləri heç də satmayıb. Dənizə panaramsı olan bu super mənzillərin hazırkı qiyməti 3 milyon dollar təşkil edir.
Sadəcə izi yayındırmaq üçün özləri belə məlumat yayıblar. Mənbə bildirir ki, hazırda Q.Şükürov bütün pulunu bu mənzillərin təmirinə yönəldib. Mənzillərdə son tamamlama işlərinin getdiyini bildirən mənbə deyir ki, təmir işlərinə şəxsən Şükürov özü nəzarət edir.
Həmçinin Şükürovun Buzovnada bu mənzillərdən iki dəfə bahalı olan daha bir villası və Xətai metrosu yaxnlığında dəyəri 100 minlərlə ölçülən qadın gözəllik salonu və saunası var. Yaxın günlərdə daha ətraflı məlumatla olacaq.
Bizimxeber.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO