ABŞ-ın Federal Təhqiqat Bürosu Azərbaycan məmurunu dindirəcək - İLK DƏFƏ
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) tarixdə ilk dəfə Azərbaycan məmurunu dindirə bilər.
Virtualaz.org-a istinadən xəbər veririk ki, həmin məmur "Bakılifttəmir” İB başçısı Qüdrət Şükürovdur.
Xatırladaq ki, ABŞ-ın “United Technologies Corporation” şirkəti ətrafında böyük qalmaqal yaranıb. Hətta şirkət sentyabrın 12-də bu ölkənin Qiymətli Kağızlar Komitəsinə (SEC) 13.4 milyon dollar cərimə ödəməyə razılaşmışdı da.
Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir.
SEC bildirir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub. “United Technologies Corporation” Azərbaycan məmurlarına rüşvət verdiyini nə təsdiq, nə də təkzib edir.
SEC şirkətə qarşı təhqiqatı daxili inzibati sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13.9 milyon dolları dövlətə ödəyib.
SEC bildirir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...