SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Polkovnik Hikmət Usubova yeni vəzifə verildi - ƏMR

Polkovnik Hikmət Usubova yeni vəzifə verildi - ƏMR

Tarix:

10-03-2023, 13:47

/ 444 dəfə oxundu.
Polkovnik Hikmət Usubova yeni vəzifə verildi - ƏMR

 
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov yeni vəzifəyə təyin edilib.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Hikmət Usubov tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi , polkovnik Əşrəf Allahyarov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi təyin edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Trend-ə təsdiqləyib.

Şərhlər

XƏBƏR LENTİ