Azərbaycanda ekoloji xidmətlər göstərən şirkətlər arasında münasibətlər dəyişir.
Xalqxeber.az FED.az-a istinadla xəbər verir ki, bu sahədə fəaliyyət göstərən tanınmış şirkət “AAS-Ekol” MMC də parçalanma var. Şirkətin əsas təsisçilərindən biri payını geri çəkib.
Qeyd edək ki, şirkət 2010-cu ildə təsis edilib və tərəflərdən biri “AA Services FZCO” olub. İndi isə “AA Services FZCO” qurumun təsisçiliyindən çıxıb.
“AAS-Ekol” MMC-nin yaydığı məlumata görə, Dövlət Vergi Xid¬məti tərəfindən verilmiş (21 may 2021-ci il tarixli, 2101020028880500 N-li dövlət reyestrin¬dən çıxarış) çıxarışa əsasən 2010-cu il fevralın 1-də dövlət qeydiyyatına alınmış (VÖEN:1401740701) “AAS-Ekol” MMC-nin nizamnamə kapi¬talı MMC-nin təsisçisi “AA Services FZCO” şirkətinin “AAS-Ekol” MMC-nin təsisçiliyindən çıxması ilə əlaqədar azalaraq, “AAS-Ekol” MMC-nin nizamnamə kapitalı 250 min manat təşkil edir.
Bütün kreditorlar və debitorlar 1 ay müddətində AZ1154, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi 51A nömrəli ünvanda yerləşən “AAS-Ekol” MMC-ə müraciət edə bilərlər.