SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rusiyanın radio stansiyaları sındırıldı, Ukrayna himni səsləndirildi

Rusiyanın radio stansiyaları sındırıldı, Ukrayna himni səsləndirildi

Tarix:

23-02-2023, 18:05

/ 308 dəfə oxundu.
Rusiyanın radio stansiyaları sındırıldı, Ukrayna himni səsləndirildi

Krımda Sputnik və Vera radio stansiyaları sındırılıb.

Xalqxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, radio kanalların sındırılmasından sonra Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanovun bəyanatı yayımlanıb. 

Sputnik-in Krımdakı nümayəndələri qeyd edib ki, Aluşta, Beloqorsk, Cankoy və Sudakda, həmçinin Vera radiosunun dalğalarında Ukrayna kəşfiyyatının rəhbəri tərəfindən müraciət edilib və Ukrayna himni səsləndirilib. 

Sputnik Krımda yayımı bərpa edə bildiklərini bildirib. 

Şərhlər

XƏBƏR LENTİ