SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Laçın-Xankəndi yolundakı aksiya iki aydır davam edir

Laçın-Xankəndi yolundakı aksiya iki aydır davam edir

Tarix:

12-02-2023, 10:00

/ 391 dəfə oxundu.
Laçın-Xankəndi yolundakı aksiya iki aydır davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda dekabırın 12 -də başlatdığı aksiyanı iki aydır davam etdirir.

Aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 63-cü günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -8 dərəcədir.

Şərhlər

XƏBƏR LENTİ