SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 31 saylı notariat kontorunun müdiri Ramiz Hümmətovun top dağıtmaz biznes şəbəkəsi - SİYAHI

31 saylı notariat kontorunun müdiri Ramiz Hümmətovun top dağıtmaz biznes şəbəkəsi - SİYAHI

Tarix:

10-02-2023, 15:59

/ 448 dəfə oxundu.
31 saylı notariat kontorunun müdiri Ramiz Hümmətovun top dağıtmaz biznes şəbəkəsi - SİYAHI

Son 10-15 ildə  ölkəmizdə kifayət qədər mükəmməl qanunlar qəbul olunub. Təəssüf ki, həmin qanunların çoxu kağız üzərində mövcuddur, yəni bəzi qanunlar işləmir.

Belə xeyli sayda qanun saya bilərik. 

Belə gözəl və mükəmməl qanunlardan biri də, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunudur. Qanunun 7-1-ci maddəsində xüsusi notariusların sahibkarlıq fəaliyyəti ilə məşğul olması və siyasi partiyada fəaliyyəti qadağandır. Belə bir hal olarsa, xüsusi notarius vəzifəsindən uzaqlaşdırılır.

İndi görək, bu qanun ölkəmizdə işləyirmi?

Əlbəttə, bu qanun da digər qanunlar kimi kağız üzərində qalıb. Əgər belə olmasaydı  Binədə yerləşən 31 saylı notariat kontorunun rəhbəri Hümmətov Ramiz Kamran oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi. Bu adamın  özünə məxsus “R-Petrol” adlı yanacaqdoldurma məntəqəsini, Xırdalan şəhərində vaxtilə dövlət notariusu işlədiyi dönəmdə yığdığı pullar hesabına xüsusi notarius keçməsi ilə əlaqədar kontor kimi inşa etdirdiyi, fəaliyyətini Xırdalandan Binəyə köçürəndən sonra isə icarəyə verdiyi ofis binasını, Xırdalandakı başqa obyektləri, Abşeron rayonunun Məmmədli qəsəbəsində (Məhəmmədi kəndində) tikdirib ayrı-ayrı şəxslərə satdığı 50-yədək fərdi yaşayış evlərini, Abşeronun Badamlıq yaşayış massivindəki evlərini və daha nələri yazaq…

Görəsən, bütün bunlar sahibkarlıq fəaliyyəti deyil?

Nə olsun ki, Ramiz Hümmətov həmin obyektlərin çoxunu yaxın qohumlarının adına sənədləşdirib. Notariat şefi Ramiz Hümmətov Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib.

Hələ bunlar harasıdır?

Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir. Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub. İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  

AZƏRBAYCANREALLIĞI.COM   

Şərhlər

XƏBƏR LENTİ