SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı

FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı

Tarix:

7-02-2023, 17:10

/ 434 dəfə oxundu.
FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı

 Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ