XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - VİDEO

Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - VİDEO

Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - VİDEO
7-02-2023, 21:30

 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.