SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

Tarix:

2-02-2023, 12:17

/ 270 dəfə oxundu.
Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

Baş Prokurorluq bir sıra media qurumlarında Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə qurumun mətbuat xidmətindən bildirilib. 

Qeyd olunub ki, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağandır.

Xatırladaq ki, S.Şahverdiyev yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamına əsasən işdən azad olunub. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Şərhlər

XƏBƏR LENTİ