Xəstəni izinsiz 8 dəfə əməliyyat edib komaya salan “EGE Hospital” kapitalını artırıb - VİDEO
“EGE Hospital” nizamnamə kapitalını artırıb.
Xalqxeber.az Qlobal.az-a istinadla xəbər verir ki, hospitalın nizamnamə kapitalı hazırda 8.817.479 manat təşkil edir.
Bakı şəhərində fəaliyyət göstərən “EGE Hospital” tez-tez qalmaqallı hadisələrlə medianın gündəminə gəlir.
Ötən il “EGE Hospital”da xəstəni yaxınlarının icazəsi olmadan 8 dəfə gizli əməliyyat edildiyi və komaya düşdüyü barədə məlumatlar dərc edilmişdi.
Əməliyyat zamanı komaya düşən Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva “EGE Hospital”ın həkimlərinin səhvi ucbatından 80 min manat pul xərclədiyini deyirdi.
EGE Hospital”la bağlı daha bir qalmaqallı hadisə isə 2020-ci ildə medianın gündəmini zəbt etmişdi.
Belə ki, 67 yaşlı Əliyəsər Xasməmmədov adlı pasiyentin səhv əməliyyat nəticəsində hospitalın kordiologiya şöbəsində öldüyü, klinikanın kardiocərrahı Ülvi Mirzoyevin vəfat etmiş şəxsin meyidini təcili yardım maşını ilə məscidə göndərdiyi yazılırdı.
Qeyd edək ki, “EGE Hospital” 2012-ci ildə qeydiyyata alınıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?