SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qərbi Azərbaycanlılar doğma yurdlarına qayıdacaqlarına əmindirlər

Qərbi Azərbaycanlılar doğma yurdlarına qayıdacaqlarına əmindirlər

Tarix:

27-12-2022, 20:30

/ 567 dəfə oxundu.
Qərbi Azərbaycanlılar doğma yurdlarına qayıdacaqlarına əmindirlər

Ermənistanın 30 illik işğalına möhtərəm Prezident, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuz 44 gün ərzində son qoydu. 10 noyabr 2020-ci il tarixi xal¬qımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Ermənistanın məğlubiyyəti rəsmən təsdiqləndi. İllərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevrildi. Hazırda isə böyük qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.
Prezident İlham Əliyev dekabrın 24-də - doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında oldu. Orada yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Görüş zamanı cənab Prezident İlham Əliyev qeyd etdi: “Biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müharibəsindəki deyil, ondan sonrakı əməliyatları da olduqca əhəmiyyətlidir”.
Doğum gününü Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birgə qeyd etdiyini bildirən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən cənab Prezidentimiz görüşün sonunda dedi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”.
Artıq işğaldan azad olunmuş torpaqlarımızda həyat canlanır. Məcburi köçkünlərimizin öz torpaqlarına qayıdırlar. Bu arzumuz reallaşdı. İnanırıq ki, haqq öz yerini tapacaq və çox çəkməyəcək ki, İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. 
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və 2022-ci ilin sentyabrında sərhəddə keçirilən hərbi əməliyyatların Azərbaycan tarixində mühüm yeri var. Son 30 ildə ilk dəfədir ki, biz erməniləri hər hansı hərbi əməliyyata başlamaq imkanından məhrum etmişik. Göyçə gölünün ətraf dağlarındakı yüksəkliklərdən Naxçıvan dağlarının görünməsi arzularımızın gerçəkləşməsinin uzaqda olmaması deməkdir. Bütün bunlara Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi misilsiz tədbirlər və şanlı Ordumuzun rəşadəti sayəsində nail olmuşuq. 
Prezident İlham Əliyev Qarabağ münaqişəsi həll olunandan sonra qarşıda duran əsas məsələnin – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu bildirdi. Dövlətimizin başçısı bu icmanın həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük əks-səda doğuracaq layihələr həyata keçirmələrinin lazım olduğunu dedi. Yəni, İcma Qərbi Azərbaycanda tarix boyu, əsrlər boyu azərbaycanlıların var olduğunu sübuta yetirən layihələr həyata keçirməlidir və bunu beynəlxalq təşkilatlara çatdırmalı və tanıtmalıdır.
Dövlət başçısı çıxışında “Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyəti və uğurları danılmazdır. ADR doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı”- deyərək Şərqin ilk demokratik dövlətinə, qurucularına böyük dəyər verdi. Cənab İlham Əliyev onu da xüsusi vurğuladı ki, tarix təhrif olunmamalıdır. Bu mənada 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin bizim tarixi şəhərimizin – İrəvanın Ermənistana bağışlanmasını da qəbulolunmaz fakt olaraq vurğuladı.
Azərbaycan Prezidenti bununla əslində xarici auditoriyaya, aparıcı paytaxtlara, Ermənistandan istifadə edənlərə mesajını çatdırdı. 
Biz Qərbi Azərbaycanlılar inanırıq ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik, qətiyyətli və cəsarətli siyasəti nəticəsində tezliklə dədə-baba yurdumuz İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacağıq. Dövlətimizin başçısının ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.

Vüsal Süleymanov
Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ