SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Tarix:

27-12-2022, 11:27

/ 596 dəfə oxundu.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüş keçirmişdir. Dövlətimizin başçısı görüş zamanı çıxış edərək beynəlxalq aləmə ciddi mesajlar verdi.
Prezident İlham Əliyev çıxışında tarixi faktlara müraciət edərək bu gün Ermənistan Respublikası adlanan dövlətin tarixi Azərbaycan torpaqlarında mövcudluğunu, bunu təsdiqləyən sənədlərin və xəritələrin əlimizin altında olduğunu və dünya ictimaiyyətinin bütün bunları bilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı dedi: “Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq”.
Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımızaqayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək vurğuladı ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən əvvəl biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq.
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq, onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı. Eyni zamanda, bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi.
Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik. Necə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sədləri aşaraq Qarabağı azad etdik. 
 
Aysel Mənsimova - politoloq

Şərhlər

XƏBƏR LENTİ