SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Elçibəyin qardaşı oğlu - "Ya orda Şəhid olacam, ya da ən uğurlu nəticə ilə geri qayıdacam..."

Elçibəyin qardaşı oğlu - "Ya orda Şəhid olacam, ya da ən uğurlu nəticə ilə geri qayıdacam..."

Tarix:

13-12-2022, 16:53

/ 267 dəfə oxundu.
Elçibəyin qardaşı oğlu - "Ya orda Şəhid olacam, ya da ən uğurlu nəticə ilə geri qayıdacam..."


Azərbaycanın qeyri-hökumət təşkilatlarını (QHT) təmsil edən bir qrup şəxs və ictimai fəalların Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Onlar tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər. 
 
Aksiya iştırakçıları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.  
 
Sözü gedən aksıya kifayət qədər tanınmış siyasi-ictimai xadimlər dəstək verir
 
Eks-prezdeniti Əbülfəz Elçibəyin qardaşı oğlu "Bəyaz" hərəkatının başqanı Hürrü Əliyev özünün facebook hesabında paylaşım edərək bəzi dövlət qurumlarına səslənib.  
 
O bildirib ki Sizi əmin edirəm ya orda Şəhid olacam ya da ən uğurlu nəticə ilə geri qayıdacam. Dövlətçiliymizə dəstək baxımından bundan uğurlu nə addım ata biləriksə onada canımızla, qanımızla və bütün varlığımızla hazırıq. Hürrü Əliyevin sözü gedən paylaşmın "Azərbaycan Reallığı" təqdim edir 
 
Mən bir milli idealoji Hərəkat rəhbəri olamqla yanaşı, həm də 2012 -ci ildə rəsmi dövlət qeydiyyatından keçmiş QHT rəhbəriyəm. "Vahid Millət" Dövlətçiliyə Dəstək İctimai birliyinin təhsiçisi və sədriyəm. Müraciət edirəm hüquqi işləmlərinizi edin silahdaşlarımla bərabər 
 
Yola çıxım ordakı aksiyaya rəhbərliyi üzərimə götürüm. Tam məsuliyyətlə sizi əmin edirəm ya orda şəhid olacam ya da ən uğurlu nəticə ilə geri qayıdacam. 
 
Dövlətçiliyimizə dəstək baxımından bundan uğurlu nə addım ata biləriksə onada canımızla, qanımızla və bütün varlığımızla hazırıq. Buyurun söz Sizdə. Sayqılarımla"

Şərhlər

XƏBƏR LENTİ