SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Rahat” MTK-nın borc problemi — Və yaxud Rasim Həsənovla Ələddin Məmmədhəsənəv vətəndaşların başına necə «oyun» açır

“Rahat” MTK-nın borc problemi — Və yaxud Rasim Həsənovla Ələddin Məmmədhəsənəv vətəndaşların başına necə «oyun» açır

Tarix:

21-11-2022, 12:59

/ 525 dəfə oxundu.
“Rahat” MTK-nın borc problemi — Və yaxud Rasim Həsənovla Ələddin Məmmədhəsənəv vətəndaşların başına necə «oyun» açır

Abşeron rayonu, Xırdalan şəhəri, 1260-cı keçid ünvanında yerləşən, 5 girişli, 12 mərtəbəli binanı 2007-ci ildə “Rahat” MTK inşaasına başlayıb. 15 il keçməsinə baxmayaraq binada işlər tam yekunlaşmayıb və bu səbəblərə görə payçılar öz mənzillərinə çıxarış ala bilmirlər. Kooperativin sədri Ələddin Məmmədhəsənəvdan
(telefon: 055 223-01-71) bu barədə soruşanda cavabı bu olur ki, bunun səbəbini Rasim Həsənovdan soruşun. Binada 28% pay sahibi olan, həm də binanı inşa edən bu şəxs barəsində mətbuatda dəfələrlə yazılar getsə də sakinlər üçün heç bir xeyri olmamışdır.
Bu şəxsin inşa etdiyi binada lahiyədən kənara çıxma, iki binaya bir su hovuzu inşa etmək, (“Rahat” və “Kənan-Turan” MTK-lar) işıq və su üçün hər iki binaya bir texniki şərt almaq, “Rahat” MTK-da 5 yük lifti və “Kənan-Turan” MTK-da 2 yük lifti quraşdırılmayan, lahiyədə zirzəmiyə 2 giriş olmasına baxmayaraq 8 giriş açılması üçün göstəriş verilib, bilərəkdən, qəsdən vergi sənədlərini saxtalaşdırmaq (mütəşəkkil dəstə tərəfindən külli miqdarda) adi hallardan biri olmuşdur.
Lahiyədə nəzərdə tutulan 1-ci blok zirzəminin pilləkən hissəsi 24 kv.m olduğu halda, kooperativin sədri Ələddin Məmmədhəsənov tərəfindən 18 kv.metri Zamain adlı bir şəxsə satılıb və pilləkən hissəsi cəmi 6 kv.m qalmışdır. Bu haqda sədrdən soruşanda cavabı bu olur ki, pul lazım idi, ona görə satdım.
Binanın çardaq hissəsində ümumiyyətlə heç bir inşa işləri aparılmalı olmadığı halda təsisçilər 96 kv.m-i Elnur adlı şəxsə satıb pulu mənimsəmişdilər. Binada su və işıq Rasim Həsənovun günahı üzündən dövlətə təhvil verilmədiyindən sakinlərin kommunal borclarını “Rahat” MTK-nın sədri nağd şəkildə yığır və bu da şərait yaradır ki, həmin pulları öz şəxsi mənafeyi üçün xərcləsin. Ona görə də bu
günkü olan məlumata görə suya 78.000 manat, işığa 45.000 manat borc yaranmışdır. Amma sakinlərin cəmi 6.000 manata qədər borcları var. Bəs yerdə qalan 118.000 manat hara qanunsuz olaraq xərclənilib. Buradan sual yaranır, onda yuxarıda sadaladığımız qanunsuz hərəkətlərə görə vergi idarəsi, Fövqəladə Hallar
Nazirliyi, Abşeron Su Kanal idarəsi, Xırdalan Enerji Təchizat və Satışı idarəsinin rəisləri və əməkdaşları nəyin müqabilində göz yumurlar.
Binanın çardaq hissəsi yanğına qarşı xüsusi boya ilə boyanmayıb. Əgər çardaq hissədə mənzil inşa edən Elnur adlı şəxsin mənzilində yanğın hadisəsi baş versə onda 241 mənzil sahibinin aqibəti necə olacaq. Kooperativin sədri Ələddin Məmmədhəsənovdan soruşandakı binaya istismar aktı alınıb ya yox, cavabı bu olur ki, əlbətdə ki, almışıq. Hansı bir idarə risk edib bu qədər çatışmazlıq olan binaya istismar aktı verə bilər? Bu binada yanğın-su hövuzu yoxdur. Tutaq ki, yanğın su hövuzu içməli su hövuzu ilə birlikdə nəzrədə tutulub, onda mənzillərin su təminatı üçün nəzərdə tutulmuş nasosların sorucu boruları hesabatla müəyyən olunmuş su həcminin daimi saxlanması məqsədilə həmin həcmə müvafiq hündürlükdə quraşdırılmalıdır. Yəni yanğına qarşı təkcə
“Rahat” MTK üçün 216 m.kub su kütləsi saxlanmalıdır. Bu su üçün binaya ayrıca
boru çəkilməli və su nasosu quraşdırılmalıdır. Su hovuzunda bu həcmdə su kütləsinin saxlanmasından sonra mənzillərin su üçün təminatı yanğın əleyhinə saxlanmış su kütləsindən sonra ayrıca boru ilə quraşdırılıb mənzillərə içməli su verilməlidir.
 
Gəlin görək bu belədirmi? Əsla yox.
 
Hər bir həm “Rahat” MTK və həm də “Kənan-Turan” MTK üçün ayrıca bir su xətti qoyulub və həmin xətdən həm mənzillər üçün içməli su, həm də yanğın üçün nəzərdə tutulmuş xəttə su verilir. Hər iki binada yanğına qarşı su boruları
bərbad haldadır. Verilən su üçün nasoslar yanıb və işləmir. Ümumiyyətlə “Rahat” MTK-da 5 blokun 3 blokunda yanğın boruları birləşdirilib. Şitlərdə isə ümumiyyətlə şlanq yoxdur. Fövqəladə Hallar Nazirliyinin bu haqda dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq Nazirliyin əməkdaşları gəlib cavabdeh şəxsi cərimələmək əvəzinə orada olan, heç bir səlahiyyəti olmayan bir şəxsi 800 və 100 manat cərimə ediblər.
“Rahat” MTK-nın rəisi binada olan bu qədər qanunsuz hərəkətlərə baxmayaraq deyir ki, binaya istismar aktı almışıq. (2019-cu ildə). Əgər binaya istismar aktı alaınıbsa niyə mənzillərə çıxarış verilmir.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 16.09.2014-cü il tarixli 309 nömrəli Qərarda təsdiqlənən tikintisinə icazə tələb edidlən tikinti obyekltlərinin istismara icazə üçün müraciət sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısına aşağıdakılar daxildi.
1.Liftlərin istismara qəbul aktı
2. Binanın yanğın təhlükəsizliyinə cavaba verməsi haqqında akt.
Əgər ümumiyyətlə hər iki binada yük liftləri quraşdırılmayıbsa və binada yanğın təhlükəsizliyinə qarşı heç bir təbdir görülməyib bəs binaya necə istismar aktı verə bilərlər. Yəqin ki, Rasim Həsənov və kooperativin sədri Ələddin Məmmədhəsənov bina sakinlərini sakaitləşdirmək üçün bu üsula əl atıblar. İkinci
tərəfdə isə əgər istismar aktı alınıbsa qarşı tərəf bu qədər çatışmazlığa necə göz yumublar və bu da biz sakinləri çox narahat edir.
Yenə də yuxarıda göstərdiyimiz təkzibolunmaz dəlil və sübutlara söykənib cavabdeh qurumlardan xahiş edirik ki, dövlət iqtisadiyyatına və günahsız sakinlərə qarşı qanunsuz hərəkətləri icra edən və öz şəxsi mənafeylərini hər şeydən üstün tutan şəxslərin hərəkətlərinə göz yuman dövlət təşkilatları ciddi cəzalandırılsın və məsuliyyətə cəlb edilsinlər.
 
 
“Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri


 

Şərhlər

XƏBƏR LENTİ