SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxıldı – Bu tarixdə qərar veriləcək – VİDEO

Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxıldı – Bu tarixdə qərar veriləcək – VİDEO

Tarix:

14-11-2022, 14:00

/ 363 dəfə oxundu.
Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxıldı – Bu tarixdə qərar veriləcək – VİDEO

Xalqxeber.az və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin direktoru olan Zaur Mirzə-zadə Aygün Tarverdiyeva adlı qadının yalan və böhtan xarakterli şahidliyinə əsasən 2015 – ci ildə Sultanəli Qurbanovun bir qrup şəxs barəsində şikayəti əsasında başladılan cinayət işinə 2021- ci ildə cəlb edilmişdir.Jurnalist Zaur Mirzə-zadə haqqında 8 oktyabr 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bəraət hökmü verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov isə onu 5 il azadlıqdan məhrum edərək ədalətsiz qərar vermişdir. Bu ilin sentyabr ayında isə bir sıra millət vəkilləri, elm və ictimaiyyət nümayəndələri Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət edərək, jurnalist Zaur Mirzə-zadənin kassasiya şikayətinə kənar müdaxilə olmadan baxılmasına, məhkəmənin açıq keçirilməsinə və ədalət tərəzisinin nizamının tənzimlənməsinə üçün müraciətə öz imzalarını atmışdılar. Nəticədə bu gün Ali Məhkəmədə jurnalist Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxılıb.
Xalq.az xəbər verir ki, Məhkəmə prosesi bitəndən sonra jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev Yenicag.az-a açıqlamasında bildirib ki, Zaur Mirzə-zadənin həbsi ilə bağlı məhkəmənin hökm qərarında əsaslandırılan fikirlər doğru deyil:“Biz Bakı Apellyasiya Məhkəməsinin hökmünü qanunsuz hesab edirik. Çünki hökmdə göstərilən əsaslar işin mahiyyətinə uyğun deyil. Məhkəmə qərarını mesajlara əsasən verib. Halbuki cinayət hadisəsi mart ayında törədilib. Məhkəmə isə əvvəlki ayların mesajlarına baxır. Biz açıqlama vermişik ki, həmin mesajların hadisə ilə əlaqəsi yoxdur. Zaur Mirzə-zadə günahsızdır. Ali Məhkəmənin Zaur Mirzə-zadə barədə ədalətli qərar verəcəyinə inanıram”.

Qeyd edək ki, jurnalist Zaur Mirzə-zadə barədə 23 noyabr tarixində qərar veriləcək.

Mövzuya aid vəkilin açıqlamasını təqdim edirik:

https://youtu.be/LREbs-Zk1SM

Şərhlər

XƏBƏR LENTİ