“Yeni Klinika” əməkdaşları kütləvi şəkildə işdən çıxarılır? - GİLEY
“Yeni Klinikanın tibb personalında çalışan şəxslərin müqaviləsinə kütləvi şəkildə xitam verilir”.
Bu iddia ilə “Qafqazinfo”ya həmin klinikada çalışan bir neçə şəxs müraciət edib. Şikayətçilərin sözlərinə görə, əvvəlcədən onlara heç bir məlumat verilmədən və səbəb göstərilmədən müqavilələri sonlandırılıb: “Müqavilələrin vaxtı bitmişdi və əsası olmadan vaxtının uzadılmayacağını bildirdilər. Uzun müddətdir ki, burada çalışırıq. İstər pandemiya dövründə, istərsə də müharibə müddətində aktiv şəkildə öz işimizi icra etmişik. Lakin bu gün bizim əvəzimizə tibb sektorunda heç vaxt çalışmayan, heç bir tibbi savadı olmayan, ali təhsili olmayan şəxsləri işə götürürlər.
Hətta burada çalışan həkimlər də müraciət edərək bildiriblər ki, bu işdən uzaqlaşdırılan şəxslər onların işinə yararlı olanlardır. Bir-iki nəfər deyil, kütləvi şəkildə işdən çıxarılma var. Ümumi tibb xidmətlərinin şöbə müdiri, orada çalışan tibbi qeydiyyatçılar, sığorta işçisi və s. bunların hamısının müqaviləsinə son verilir. Halbuki biz burada 3 il müddətində çox böyük əmək sərf etmişik. İndi bizim işimiz onlara yararsız gəlir. Həm də heç bir şikayət, töhmət olmadığı şəkildə. Əslində 21 gün öncədən bu barədə bizə məlumat verilməli idi. Lakin bunlar 1 həftə vaxt qalanda deyirlər ki, “müqavilənizin vaxtı bitib”.
Məsələ ilə bağlı “Yeni Klinika”ya sorğu ünvanladıq. Klinikadan “Qafqazinfo”ya bildirildi ki, tibb müəssisəsində kütləvi şəkildə işçilərin müqaviləsinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və əsassızdır: “Hazırda tibb müəssisəsində işəgötürənlə işçi arasındakı bütün münasibətlər əmək qanunvericiliyinin tələblərinə əsasən tənzimlənir”.
“Qafqazinfo”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır