İKİBAŞLI SƏHİYYƏMİZDƏ bir normal həkim yoxdurmu? - GİLEY
Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev-2, ünvanındakı yataqxanada daimi qeydiyyatda olan Rəhimova Rahidə Məcnun qızı tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb.
Xalqxeber.az teref.az-a istinadən vətəndaşın gileyini təqdim edir:
"Bildirirəm ki, 26 fevral 2022-ci il tarixdə qızım sağlamlıq imkanı məhdud olan Rəhimova Zəhra öskürək boğulma halsızlıq əlamətləri ilə qeydiyyatda olduğumuz ərazi üzrə Səbail rayon 33 saylı poliklinikaya müraciət etmişik.
Sahə üzrə həkim Səfərova Aygün qızım Zəhranı müainə etməkdən kobud şəkildə imtina edərək qızım Zəhranı köməksiz vəziyyətdə qoymuşdur.
Biz dəfələrlə təkid edərək qanuni olaraq ərazi üzrə qeydiyyat olduğumuzu bizə burada xidmət göstərməli olduqlarını bildirmiş və tibbi kitabçamızı üstümüzə atmışdır.
Hesab edirəm ki, həkim Aygün Səfərovanın əməllərində cinayət AR-nın CM-nin 142 və 143-cü maddələrinin (Xəstəyə kömək göstərmə) əlamətləri vardır.
Həkimin belə kobudluğu və özbaşnalığı məndə şok effekti yaratmış və ciddi stres keçirmişik.
Yuxarıda qeyd olunan halları nəzərə alaraq 33 saylı şəhər poliklikasının həkimi Aygün Səfərovanın əməllərində cinayət tərkibinin olub-olmaması və onun peşə fəaliyyətinin araşdırılaraq əməllərinə hüquqi qiymət verilməsi barədə müvafiq tapşırıqlar verməyinizi Sizlərdən xahiş edirəm".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...