SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı

Tarix:

14-10-2022, 15:06

/ 594 dəfə oxundu.
Azərbaycanda bu məhsullar bahalaşdı

 
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Bu barədə  Dövlət statistika Komitəsindən məlumat verilib.

Belə ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunmuşdur.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Şərhlər

XƏBƏR LENTİ