SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezidentin `YERLİ MAL ALIN` çağırışı məmurlara GÖRK DEYİL? - Görünəni budur...

Prezidentin `YERLİ MAL ALIN` çağırışı məmurlara GÖRK DEYİL? - Görünəni budur...

Tarix:

1-09-2022, 10:27

/ 555 dəfə oxundu.
Prezidentin `YERLİ MAL ALIN` çağırışı məmurlara GÖRK DEYİL? - Görünəni budur...

 
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün xidməti minik avtomobillərinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 168 600 manatlıq tenderin qalibi Toyota Abşeron Mərkəzi olub.

Xatırladaq ki, Toyota Abşeron Mərkəzi bundan əvvəl Dövlət Reklam Agentliyinin nəqliyyat vasitələrinin satınalınması üzrə 130 500 manatlıq tenderini qazanıb (16.06.2022).

Bu iki fakt yetərlidir ki, 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etməsinin rəsmən qulaqardına vurulduğuna əyani şahidlik edəsən.

DİA.AZ bildirir ki, hər halda, belə bir tövsiyədə bulunan cənab Prezident də yerli istehsalın keyfiyyətiin üstün olmadığından xəbərdar idi, amma burada söz vətənpərvərlikdən getdiyindən, məmurlarımızın şəxsi rahatçılıqlarından müəyyən mənada imtina edəcəkləri gözlənilirdi. Amma bu baş vermədi və görünür ki, məmurlarımız üçün VƏTƏN, MİLLƏT, SAKARYA prinsipləri ən son sırada gəlir... bəlkə heç sıralamalarında yeri də yoxdur...

DİA.AZ 

Şərhlər

XƏBƏR LENTİ