REKLAM AGENTLİYİ AVTOMOBİL ALMAĞA 2,5 MİLYON XƏRCLƏDİ - İl yarımda
Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair “Toyota Abşeron Center” MMC və “Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb.“Finans.az”ın məlumatına görə, bu satınalmalar müqabilində “Autouniversal”a 704 175 manat, “Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.
Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.
Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000 manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.
Qeyd edək ki, Dövlət Reklam Agentliyi 2017-ci ilin iyun ayında yaradılıb. Agentliyinin direktoru Aydın İbadov təyin edilib. Yaranmasından il yarım keçməmiş Agentliyin xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi maraq doğurur.
Xatırladaq ki, 2016-cı ilin yanvar ayındakeçirilən müşavirədə Prezidenti İlham Əliyevin dövlət qurumlarına Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş, daha doğrusu yığılmış avtomobilləri almağı tövsiyə etmişdi. Preidentin çıxışından sonrakı ilk aylarda bir neçə nazirlik zavodun maşınlarından alsa da, sonradan buna maraq göstərən olmadı. Dövlət Reklam Agentliyinin də xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi göstərir ki, hətta xırda məmurlar belə yerli avtomobillərdən istifadə etmək istəmir. Sahibkarlardan yığılan pulları özlərinə bahalı maşınlar almağa yönəldirlər.
AzPolitika.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...