SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

“Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

Tarix:

26-08-2022, 15:20

/ 429 dəfə oxundu.
“Bayraktar” pilotsuz təyyarələrini Rusiyaya satmayacaq

 
Türkiyənin Baykar şirkəti Rusiyaya Bayraktar TB2 pilotsuz təyyarələrini satmayacaq.

Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar "BBC"yə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, pul şirkət üçün vacib deyil, çünki o, hazırda haqsız və əsassız hücuma məruz qalan Ukraynanı dəstəkləyir.

"Pul bizim üçün prioritet deyil. Bizim işimizdə pul və maddi resurslar heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz, əməkdaşlığımız uzun illərdir ki, davam edir.  Hazırda bizim bütün dəstəyimiz Ukraynanın tərəfindədir, çünki bizim çox güclü əlaqəmiz var. Ukrayna ilə əməkdaşlığımıza heç nə kölgə salmayacaq, nə qədər məbləğ təklif olunacağından asılı olmayaraq, bu məsələdə mövqeyimiz bəllidir”, - deyə Haluk Bayraktar əmin edib.

Şərhlər

XƏBƏR LENTİ