XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “Çin Karqo” şirkətindən Birinci vitse-prezident Mehriban Əliyevaya doğum günü təbriki

“Çin Karqo” şirkətindən Birinci vitse-prezident Mehriban Əliyevaya doğum günü təbriki

“Çin Karqo” şirkətindən Birinci vitse-prezident Mehriban Əliyevaya doğum günü təbriki
26-08-2022, 15:15

“Çin Karqo” şirkəti ölkənin birinci xanımı Mehriban Əliyevaya doğum günü münasibəti ilə xoş arzularını və niyyətlərini çatdırıb. Xalqxeber.Az-ın elektron poçtuna göndərilən təbrik məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.

Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!

Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.

Muğamsevərlər və ona qiymət verənlər bu gözəl musiqi janrının əsl dirçəlişinə, muğam festivallarına, onun antologiyasının təşkilinə, Bakıda yaradılan Muğam Mərkəzinə görə Sizə təşəkkür edirlər. Əsrlərin dərinliyindən gələn muğam hazırda təkcə ölkəmizdə sevilmir, eləcə də dünyanın məşhur konsert zallarında səslənir.

Azərbaycanın tarixi və mədəni irsinə biganə qalmayan hər kəs Sizə dərin minnətdarlığını bildirir. Sizin enerjiniz, dərin biliyiniz və kreativliyiniz ölkədə əsl “muzey inqilabı”nı həyata keçirməyə kömək etdi. Xalçalarımız, kəlağayılarımız, Novruz bayramı, muğam və aşıq sənəti YUNESKO tərəfindən dünya mədəni irsinin tərkib hissəsi kimi qəbul edildi. Çoxsaylı Azərbaycan gecələri, konsertlər, sərgilər və səyyar ekspozisiyalar bir çoxları üçün Azərbaycanla ilk tanışlıq oldu.

Avropa və Şərq incəsənətinin mirvarilərinin – Strasburqdakı əzəmətli kilsə, Versal sarayı, Berlin qəsri, Roma katakombaları, Şamaxıdakı Cümə məscidi (ən qədim müsəlman məbədlərindən biri), Pir Həsən ziyarətgahı, Azərbaycandakı məscidlər, katolik və pravoslav kilsələri, digər mədəni və dini abidələrin bərpasında göstərdiyiniz köməyə görə Sizə təşəkkür edirlər. Bu addım həqiqi, göstəriş üçün olmayan humanizm, tolerantlıq, multikulturalizm təzahürüdür.

Sizə valideyn himayəsindən məhrum olmuş uşaqlar, uşaq evləri və internatların yetirmələri təşəkkür edirlər. Minlərlə yenilənmiş məktəbə, insanlara qaytarılan sağlamlığa, istedadlı gənclərə dəstəyə, çətin dəqiqələrdə köməyə görə təşəkkür edirik!

Bu gün idmançılar və azarkeşlər Sizə səmimi təşəkkürlərini ünvanlayırlar. Bakıda İlk Avropa Oyunlarında milli yığmamızın triumfuna, azarkeşlərin qürur hissi və idman həvəsinə görə Sizə minnətdarlığımızı bildiririk!

Hər şeyə görə təşəkkür edirik! Təşəkkür edirik ki, Siz – bizim birinci xanımımız - varsınız!

Sizə “Çin Karqo” şirkətinin kollektivi adından möhkəm cansağlığı, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayırıq!

Ad gününüz mübarək, Mehriban xanım!

“Çin Karqo” şirkətinin rəhbəri
Şamil Heydərov

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.