«Ərazi Tikinti-Planlaşdırma Mərkəzi» TENDER DEVİNƏ `YEM ATDI` - BUNUN BAŞQA ADI YOXDUR...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən «Ərazi Tikinti-Planlaşdırma Mərkəzi» Ermənistan qoşunlarının Gəncə şəhərinə zərbələri nəticəsində dağıdılmış evlərin və obyektlərin təmiri üzrə növbəti tenderi yekunlaşdırıb.
Xalqxeber.az FED.az-a istinadla xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə tenderin qalibi "PARLAQ-N" MMC (VÖEN: 1002432951) olub. Satınalan təşkilat bu şirkətlə 2 milyon 501,6 min manat məbləğində müqavilə bağlayıb.
Qeyd edək ki, bu, "PARLAQ-N" MMC-nin bu mövzuda keçirilən tenderlər üzrə «ixtisaslaşıb» və qazandığı ilk tenderi deyil.
Bu ilin aprelində "PARLAQ-N" MMC yenə də «Ərazi Tikinti-Planlaşdırma Mərkəzi»nin elan etdiyi demək olar ki, analoji - Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması tenderinin də qalibi olub və 4 milyon manatlıq müqavilə qazanıb.
Ümumiyyətlə "PARLAQ-N" dövlət tenderlərində 4 dəfə qalib gəlib.
Yuxarıda göstərilən iki müqavilədən əlavə olaraq şirkət 2020-ci ildə Təhsil Nazirliyinin «Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi»nin «Qazanxana və istilik sistemləri» tenderini – 2 milyon 25 min manat, 2021-ci ildə isə eyni qurumun «Bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb-quraşdırılması işlərinin satınalınması» tenderinin (244 min manat) qalibi olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?