SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Lənkəranın bu kəndi işsizlikdən boşalır... - GİLEY

Lənkəranın bu kəndi işsizlikdən boşalır... - GİLEY

Tarix:

3-06-2022, 16:30

/ 372 dəfə oxundu.
Lənkəranın bu kəndi işsizlikdən boşalır... - GİLEY

Ta qədim dövrlərdən, yol çəkmək, su çəkmək ən savab işlərdən hesab edilirdi. Deyilirdi ki, insan özü həyatda olmasa belə, xərc edib çəkdirdiyi yola, gətirdiyi suya görə uzun illər rəhmət sahibi olur. Məhz buna görə də bir neçə əsr öncə zəngin şəxslər yol-su çəkməyə çalışırdı. Bu gün isə bu adət ənənənin unudulması bir kənara, vətəndaşlara gözdağı vermək məqsədilə bəzi ərazilərə nə yol çəkilir, nə ərazilər yol çəkilməsi üçün plana salınır, nə ərazilərə su çəkilir. Sanki həmin ərazilərin əhalisi bu sınağı yaşamağa məcburmuş kimi.
Elə Lənkəran rayonunun Gəgiran kəndinin sakinləri kimi… Bu günlərdə Lənkəran Rayon Gəgiran kəndinin sakinləri Bizimyol.info xəbər portalına şikayət məktubu ünvanlayıblar. Sakinlər iddia edir ki, Gəgiran kəndinin ən ağrılı yeri yol problemidi.

Məktubda deyilir: “Lənkəran rayonunun Gəgiran kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşir. Gəgiran ərazi dairəsi 3 kəndi, Gəgiran, Jidi və Dıryan kəndlərini özündə birləşdirir. Bu kəndlərdə 3250 nəfər əhali yaşayır. Kənd sakinlərinin əsas məşğuliyyəti isə əkinçilik və maldarlıqdır. Son vaxtlar kəndin aşıb-daşan problemlərini həzm edə bilməyən sakinlər, xüsüsilə də gənclər, yaşadıqları doğma evlərini tərk etməyə başlayıb. Kəndin problemləri işsizlik, müəllim və həkim çatışmazlığı, ən dəhşətlisi isə yol problemidir. Son aylar ərzində kənddən 60-a yaxın gənc ailə çıxaraq, respublikanın başqa yerlərində məskunlaşıblar”.

Sakinlər bildirir ki, əsasən qış aylarında kənddən çıxmağın qeyri mümkündür. Günlərlə bəzən isə həftələrlə rayon mərkəzi ilə əlaqənin kəsilir. Belə olan halda çıxılmaz vəziyyətdə qalan sakinlər at arabalarından istifadə etməklə xəstələrini xəstəxanaya çatdırır, özlərinə də ərzaq almağa nail olurlar. Lakin bu cür hallar hər dəfə uğurlu olmur. Əksər vaxtlarda isə xəstələr rayon mərkəzinə çatmadan yoldaca dünyalarını dəyişir.

Gəgiran ərazi vahidliyinə daxil olan kəndlərdə problemlərin çox olmasına rəğmən yaşlı sakinlər öz ata-baba yurdlarını tərk edərək digər yerlərə getməkdən boyun qaçıraraq bir gün bu problemlərin həll olunacağı günü gözləyir. Kənd sakinləri bildirir ki, əgər vaxtında bu kəndlərdən köçən gənc ailələrin qarşısı alınmasa yaxın illərdə bu ərazilərin boş qalacağı istisna edilmir.

Məsələ ilə bağlı Bizimyol.info Lənkəran İcra Hakimiyyətindən bildirilib ki, Lənkəran rayonunun Gəgiran kəndinə aparan avtomil yolu 48 nömrəli Yol İstismarı MMC-nin balansındadır və həmin yolda nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdən ötrü mütəmadi cari təmir işləri aparılır.

“14 yaşayış məntəqəsini birləşdirməklə 15344 nəfərin yaşadığı 37,6 km-lik Cil-Separadi-Tükəvilə-Sinovli-Diryan-Jidi-Gəgiran-Köhnəgəgir-Tuado avtomobil yolu əsaslı təmirə ehtiyacı olan kəndlərarası avtomobil yollarının siyahısına daxil edilmiş və bununla bağlı müvafiq məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramına təqdim olunmuşdur. Sözügedən avtomobil yolunun təmir olunmasından ötrü vəsait ayrılacağı təqdirdə, “Azəravtoyol” ASC tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.

Son illərdə Lənkəranda yol infrastrukturunun yenilənməsi isiqamətində ardıcıl tədbirlər müvəffəqiyyətlə davam etdirilmiş və 9 iri yol layihəsi həyata keçirilməklə ümumilkdə 200 km-yə yaxın avtomobil yolu yenidən qurulub” - deyə qeyd edilib.

Bildirilib ki, 2012-ci ildən başlayaraq Dövlət Proqramının icrası çərçivəsində rayonun 73 yaşayış məntəqəsinə yeni qaz xətləri çəkilərək sakinlər mavi yanacaqla təmin edimiş və bu işlər davam etdirilir. Yaxın illər ərzində mərhələli şəkildə olmaqla digər yaşayış məntəqələrinin, o cümlədən rayonun ucqar dağ kəndi olan Gəgiran kəndinin də yeni qaz xətləri çəkilməklə qazlaşdırılması nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ